Bu ölkədən elektronika məhsulların ixracı 9 ayda 77 milyard dolları ötüb
Vyetnamda istehsal olunan kompüter, mobil telefon və elektron komponentlərin (hissələrin) ixracı bu ilin 9 ayında 77,58 milyard dollara çatdıb.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Respublikanın Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, yanvar ayından sentyabrın sonunadək mobil telefonlar və onlar üçün komplektləşdirici məhsulların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artaraq 41,02 milyard dollar təşkil edib. Bu növ Vyetnam məhsullarının əsas bazarı Çin olub, onun tədarük həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 52% artaraq 9,8 milyard dollara çatıb.
Eyni zamanda, kompüter və elektron komponentlərin ixracından əldə edilən gəlir 13,6% artaraq 36,56 milyard dollara çatıb. Bu məhsulların əsas idxalçısı ABŞ olub və onun ixracı 26,5% artaraq 9,3 milyard dollara çatıb.
Vyetnam Elektronika İstehsalçıları Assosiasiyasına görə, COVID-19 pandemiyasının Vyetnam iqtisadiyyatına mənfi təsirinə baxmayaraq, elektronika sənayesi əhəmiyyətli artımın davam etdiyi bir neçə sənaye sahəsindən biri olaraq qalır. Assosiasiya, pandemiya ilə əlaqədar bir çox ölkədə tətbiq olunan sosial məsafə qaydaları fonunda mobil telefonlara və kompüterlərə uzaqdan işləmək üçün sürətlə artan daxili və beynəlxalq tələbat səbəbindən elektronika sektorunun güclü şəkildə böyüməyə davam edəcəyini proqnozlaşdırır.
Elektron məhsullar Vyetnamın əsas ixrac mallarından biridir. Ötən ilin sonunda Vyetnamda istehsal olunan elektronika mallarının ixracı 92,98 milyard dolları ötüb. Elektronika İstehsalçıları Assosiasiyasının məlumatına görə, bu il bu məbləğ 100 milyard dollara yüksələcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
50 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 57 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)







