Daha bir bankın aktivləri 1 milyard manata yaxınlaşıb, mənfəəti 2 dəfəyə yaxın artıb
“Rabitə Bank” ASC-nin xalis mənfəəti 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 752 min manat və ya 71% (1,7 dəfə) artaraq 6 milyon 625 min manat təşkil edib. Bank 2020-ci ilin 9 ayını 3 milyon 873 min manat xalis mənfəət ilə başa vurmuşdu. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja xəbər verir ki, bu, Bankın açıqladığı maliyyə hesabatından məlum olur.
Heabatda qeyd edilib ki, “Rabitə Bank”ın faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayiədə 5 milyon 615 min manat və ya 16,5% artaraq 39 milyon 662 min manata yüksəlib. Bank 2020-ci ilin 9 ayında 34 milyon 47 min manat faiz gəlirləri əldə etmişdi.
“Rabitə Bank”ın qeyri-faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon 935 min manat və ya 2,1 dəfə artaraq 20 milyon 706 min manata çatıb. 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz gəlirləri 9 milyon 771 min manat təşkil etmişdi.
2021-ci ilin yanvar-sentyabr dövründə “Rabitə Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 60 milyon 368 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 43 milyon 981 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən 16 milyon 387 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 9 milyon 761 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb və Bank 9 ayı 6 milyon 625 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr dövründə “Rabitə Bank”ın cəmi əməliyyat gəlirləri 43 milyon 818 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 251 min manat, əməliyyat mənfəəti 13 milyon 567 min manat təşkil etmişdi. Əməliyyat mənfəətinin 9 milyon 694 min manatı ehtiyata ayırdığı üçün Bank həmin dövrü 3 milyon 873 min manat xalis mənfəət ilə bağlamışdı.
“Rabitə Bank”ın əməliyyat gəlirlərinin 16 milyon 550 min manat artmasına qarşı, əməliyyat xərcləri 13 milyon 730 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün əməliyyat mənfəəti 2 milyon 820 min manat çox olub.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
“Rabitə Bank”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 75 milyon 949 min manat və ya 9,1 % artaraq 906 milyob 865 min manata çatıb. Bank 2020-ci ilin sonunda 830 milyon 916 min manat cəmi aktivlərə malik idi.
“Rabitə Bank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 33 milyon 293 min manat və ya 7,7% artaraq 456 milyon 625 min manata yüksəlib. Ötən ilin sonunda Bankın kredit portfeli 423 milyon 332 min manat təşkil etmişdi.
“Rabitə Bank”da cəmi depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 75 milyon 775 min manat və ya 13,9% artaraq 621 milyon 947 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 546 milyon 172 min manat cəmi depozitlərə malik idi. “Rabitə Bank”da fiziki şəxslərin depozitləri 5 milyon 792 min manat, hüquqi şəxslərin depozitləri isə 69 milyon 983 min manat azalıb.
30 Sentyabr 2021-ci il tarixində “Rabitə Bank” 102 milyon 99 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






















.jpg)
