PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
(®) Azərbaycanın qabaqcıl korporativ bankı PAŞA Bank, 11-14 oktyabr 2021-ci il tarixlərində ənənəvi olaraq keçirilən “SIBOS 2021” Bankçılıq Forumunda iştirak edib.
Beynəlxalq maliyyə icması üçün xüsusi əhəmiyyət kəsb edən bu tədbirdə hər il olduğu kimi dünyanın aparıcı maliyyə təşkilatları, fintex, müstəqil ekspertlər bir araya gələrək məhsuldar ünsiyyətqurma imkanları və effektiv əməkdaşlıq üçün şəraitdən yararlanıblar. “Qlobal Maliyyənin Canlandırılması” mövzusu ətrafında həyata keçirilən “SIBOS 2021” forumunda dünya bank sektorunda yaranmış trendlər, əngəllər və onların səmərəli həlli barədə müzakirələr və danışıqlar aparıldı. Tədbir çərçivəsində həmçinin müasir bankçılıq trendləri, risklərin idarəedilməsi, rəqəmsal tranformasiya və s. kimi önəmli məsələlər barədə fikir mübadiləsi aparıldı.
PAŞA Bankın İdarə heyətinin sədri, Baş icraçı direktoru Taleh Kazımovun sözlərinə görə, Bankın artıq 12-ci dəfə iştirak etdiyi "SIBOS" forumu bankçılıq və maliyyə sənayesinin yeni qlobal tendensiyalarının yarandığı beynəlxalq platformaya çevirib.
"Qlobal pandemiyanın yaratdığı çətin mühitdə davamlı şəkildə fəaliyyət göstərmək istəyən sahibkarlar onları dəstəkləyəcək yalnız güclü maliyyə mövqeyi olan yox, həmçinin zəngin təcrübəyə malik, bazarların dərin ekspertizası olan və innovativ həlləri təqdim edən etibarlı maliyyə qurumu ilə sıx əməkdaşlığa ehtiyac var. "SIBOS 2021" beynəlxalq forumundakı iştirakımız, 2020-2021-ci illərdə çətinliklərə üzləşən real sektora verdiyimiz tövhə və təcrübəmizi xarici həmkarlarımızla bölüşməklə yanaşı, dünya maliyyə qurumları və yeni rəqəmsal həlləri tətbiq edən şirkətlərlə yeni əməkdaşlıkların əsasını qoymağa imkan verdi", - T.Kazımov bildirib.
Qeyd edək ki, PAŞA Bank artıq 12-ci dəfədirki Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan “SİBOS” forumda iştirak edir. Qlobal pandemiyanın iş tərzimizə əhəmiyyətli təsir göstərməyə davam etdiyi zamanda, “SIBOS 2021” keçən ildə olduğu kimi online şəkildə keçirildi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
14 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
15 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)










.jpg)








