"FED-in faiz artırması bizi də çətinə saldı" - nazir müavini
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
İclasda “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə deyib ki, dövlət büdcəsinin icrası haqqında sənəd Milli Məclisə vaxtında daxil olub. Onun sözlərinə görə, müəyyən göstəricilər üzrə azalma müşahidə edilsə də bütövlükdə ötən il üzrə proqnozlara tam əməl edilib.
Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, 2016-cı ildə inkişaf etməkdə olan ölkələrdə üzrə investisiyanın azalması, neft və digər xammal məhsullarının qiymətlərinin aşağı düşməsi, Avropa və ABŞ-da baş verən siyasi proseslərlə əlaqədar olaraq qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması nəticəsində ticarət göstəriciləri və iqtisadi artımın sürəti son illərdə müşahidə olunan geriləmə davam edib.
“Ümumilikdə dünya üzrə iqtisadi artım göstəriciləri 2015-ci il ilə müqayisədə 0,3% bənd azalaraq 3,1% bənd təşkil edib. 2015-ci il ilə müqayisədə neftin orta qiymətinin aşağı düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərib və həmin ölkələrdə bir çox dövlət büdcə və cari hesablar balansında problemlərlə üzləşmişlər. Bununla yanaşı, ABŞ-ın Federal Ehtiyat Sistemində faiz dərəcələrinin artımlar davam edib ki, bu da dolların dəyərinin daha da yüksəlməsinə gətirib çıxarıb. Nəticədə dollardan asılı olan valyutaların sabitliyin təmin olunmasında əlavə çətinliklər ortaya çıxıb. Bu da Azərbaycan da daxil olmaqla, əksər ölkələrin iqtisadiyyatında inflyasiyanın artmasına və iqtisadi artım sürətinin azalmasına təsir göstərib”.
Maliyyə nazirinin müavini əlavə edib ki, qlobal mühitdəki proseslərə cavab olaraq Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri üzrə təsdiq etdiyi Strateji Yol Xəritəsinin icrası istiqamətində atılan çevik addımlar, həyata keçirilən qabaqlayıcı və tənzimləyici tədbirlər, habelə əvvəlki illərdə ölkədə yaranmış maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsi dünya iqtisadiyyatında baş vermiş proseslərin ölkə iqtisadiyyatında yarana biləcək mənfi təsirlərinə neytrallaşdırmağa imkan verib: “Makroiqtisadiyyatın və milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin qorunub saxlanması, cari orta və uzunmüddətli perspektivlərdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial risklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər nəticəsində koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədi ilə yaradılmış Maliyyə Sabitliyi Şurası tərəfindən likvidliyin monitorinqi və qısamüddətli proqnozlaşdırma sistemi formalaşdırılıb”.
A.Bayramov əlavə edib ki, hesabat ilində fiskal yığcamlaşdırma siyasətinə paralel olaraq əsas sosial vəzifələrin, o cümlədən aztəminatlı ailələrin ünvanlı sosial yardımının gücləndirilməsi, sosial sahələrdə infrastrukturun gücləndirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluq səviyyəsinin artırılması, müdafiə tədbirlərinin və dövlət borcu xidməti xərclərinin stabil maliyyələşməsi kimi zəruri öhdəliklər maliyyə təminatı əsasında nail olunub, bəzi dövlət müəssisələrinin kreditor borclarının tənzimlənməsində köməklik göstərilib.
Nazir müavini əlavə edib ki, büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi və xərclər üzrə aparılmış yığcamlaşdırma siyasəti hesabına bütün zəruri maliyyələşmələr edildikdən sonra 1 yanvar 2017-ci il tarixinə 2 mlrd. 307 mln. manat məbləğində ehtiyatlar, yəni sərbəst xəzinə qalığı qalıb.
“2016-cı ilin sonlarından başlayaraq inkişaf etmiş ölkələrdə, həmçinin dünya bazarında əhəmiyyətli hissəsini təşkil edən Çin və ölkəmizin əsas ticarət tərəfdaşı olan Rusiyada iqtisadi canlanmanın müşahidə olunması, dünya bazarlarında neftin qiymətinin artması və qlobal təşkilatlarla bağlı verdikləri müsbət proqnozlarla yanaşı, Azərbaycanda həyata keçirilən islahatları da nəzərə alsaq, yaxın və orta müddətli dövr üçün ölkə iqtisadiyyatının artım tempinin müsbətə doğru dəyişəcəyini proqnozlaşdıra bilərik”, - deyə A. Bayramov vurğulayıb.
Nazir müavini qeyd edib ki, icmal büdcənin gəlirləri 21,6 mlrd. manat və ya 137,1%, icmal büdcənin xərcləri isə 21,4 mlrd. manat və ya 87,2% icra olunub. İcmal büdcə 8,8 mlrd. manat kəsirlə proqnozlaşdırılmasına baxmayaraq faktiki olaraq 147 mln. manat büdcə artıqlığı, yəni profisitlə icra olunub.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı rəhbərlik etdiyi qurumun rəyi barədə məlumat verib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 d. əvvəl
Şamaxı-Qobustan sahəsilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
- 16 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
1 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARKA tərəfindən 2026-cı ildə 4 müsabiqənin keçirilməsi nəzərdə tutulur
-
1 saat əvvəl
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
-
2 saat əvvəl
Azərbaycan xarici ölkələrdən dəyəri 100 milyon dollardan çox olan ət alıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Ən çox oxunanlar
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU
SOCAR-ın prezidenti ərəb şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan neftinin son qiyməti
Bakıda açılacaq "Dino Park"a giriş qiymətləri məlum oldu









.jpg)







.jpg)

