Bravo-lardan 40 manatlıq alış-veriş edənlərə....
Müştərilərinin maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinin qayğısında olan Expressbank ənənəyə sadiq qalaraq növbəti yeni aksiyanı təqdim edir.
Tək ölkəmizdə deyil, bütün Qafqazda ən böyük ticarət mərkəzlərindən biri olan Gənclik mall-da fəaliyyət göstərən Bravo supermarketdə və Əhmədli qəsəbəsində fəaliyyət göstərən Bravo hipermarketdə Expressbank-ın plastik kartları ilə ödəniş etmək iki qat sərfəlidir. Belə ki, 22 may – 22 iyun tarixlərində Expressbank-ın istənilən Mastercard və ya Maestro kartları ilə minimum 40 AZN həcmində ödəniş edən bütün müştərilər ödəniş qəbzini Bravo supermarketin Müştəri Xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib olacaqlar.
Amma bu son deyil! Expressbank-ın plastik kart sahibləri ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallar vasitəsi ilə xərclədikləri vəsaitin bir hissəsini kartlarına geri aldıqlarından, Bravo supermarketində alış-veriş onlar üçün daha sərfəli olacaq.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN,Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Müştərilər həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərini gəlirə çevirə bilərlər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.azsaytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















