“TBC Kredit” istiqrazlar ilə 3 milyon manat borc alır - ŞƏRTLƏR
“TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC hər birinin nominal dəyəri 1000 manat olan 3000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazları buraxır.
Marja istiqrazların Emissiya Prospektinə istinadən xəbər verir ki, 3 milyon manatlıq istiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi illik 12 faiz müəyyən edilib.İstiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti -İstiqrazların ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən təqvim ilidir. İstiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 6 aydan bir ödəniləcəkdir.
İstiqrazların ilkin yerləşdirilməsi, listinqi və tədavülü Bakı Fond Birjasında aparılacaqdır. İstiqrazlar “AzFinance İnvestisiya Şirkəti”Qapalı Səhmdar Cəmiyyəti tərəfindən öhdəlik götürmədən yerləşdiriləcəkdir.
Bakı Fond Birjasından Marja-ya verilən məlumata görə, 20 sentyabr 2021-ci il tarixində Birjanın Listinq Komitəsinin qərarı ilə “TBC Kredit” BOKT MMC-nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
23 sentyabr 2021-ci il tarixində “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. İstiqrazlar ticarətə 23.09.2021-ci il tarixində buraxlcaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, “TBC Kredit” BOKT MMC əsasən riteyl və mikro biznes kredit bazarında fəaliyyət göstərir. “TBC Kredit” BOKT MMC “TBC Bank Səhmdar Cəmiyyəti”nin (Gürcüstan Respublikası) törəmə Şirkətidir. "TBC Kredit" Gürcüstanın "TBC Bank" Qrupunun bir hissəsidir və Bank şirkətin idarəetməsində fəal iştirak edir. “TBC Kredit” BOKT MMC digər hüquqi şəxslərdə iştirakçı kimi çıxış etmir.
İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 50 d. əvvəl
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
3 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
3 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb






.jpg)









.jpg)







