Hesab.az bu yay istifadəçilərini həm yeniliklər, həm də qazandıran kampaniyalarla sevindirdi!
(®) İstifadəçilərini hər zaman yeni xidmətlər, sərfəli kampaniyalarla sevindirən ölkənin ilk onlayn xidmətlər platforması, Goldenpay/Hesab.az bu yay da ənənəsinə sadiq qaldı.
Belə ki, 13 İyul 2021 tarixində 14 illiyini qeyd edən GoldenPay şirkəti fəaliyyətinə tam sürətlə davam etməklə yay mövsümünü uğurla başa vurdu.
İllərdir onlayn ödənişlər sahəsində lider olan Hesab.az platforması insanlara kommunal, mobil balans, internet, bank ödənişləri, mağaza kreditləri və digər xidmətlərdən onlayn şəkildə yararlanmaq üçün xidmət təklif edir. Son dövrlərdə istifadəçilərin rəqəmsal xidmətlərə artan tələbini nəzərə alaraq, Hesab.az innovativ və əlçatan ödəniş mühiti yaratmaqla, bir sıra əməkdaşlıqlara imza atmış və yeni xidmətlər təqdim etmişdir:
ƏDV Geri Al xidməti – İstifadəçi rahatlığını təmin etmək məqsədilə hər zaman dövrün ən aktual xidmətlərini platformada cəmləşdirən Hesab.az-da artıq ƏDV-lərin qaytarılması xidmətindən yararlanmaq mümkündür.
Bank Respublika hesablarının izlənməsi – Hesab.az Open Banking xidmətini qeyri-bank sektoruna inteqrasiya edən ilk yerli şirkət oldu. Belə ki, Bank Respublika müştəriləri artıq patforma üzərindən öz hesablarını izləyə və hesab tarixçələrini nəzərdən keçirə bilirlər.
PAŞA Bank kartlarının balansının izlənməsi – Bu xidmətlə PAŞA Bank kart sahibləri balanslarını Hesab.az-da real vaxt rejimində izləyə bilirlər.
Bundan əlavə, Hesab.az komandası yay mövsümünü daha məhsuldar etməklə, mobil tətbiqin yeni dizaynını istifadəyə verib. Tətbiqin yenilənmiş versiyası istifadəçi təcrübəsi və son dizayn tendensiyalarına uyğun şəkildə hazırlanmış və funksionallığın təmin olunmasına yönəlmişdir. Artıq Hesab.az tətbiqi ilə ödəniş etmək daha asan və daha sürətlidir.
Qeyd edək ki, Hesab.az platforması ildən-ilə artan istifadəçi kütləsini yay mövsümünə özəl kampaniyaları ilə təəccübləndirməyi də unutmayıb. Mövsüm ərzində Visa, Bakcell, PAŞA Sığorta şirkətləri ilə uğurlu əməkdaşlıq çərçivəsində qazandıran kampaniyalar həyata keçirib.
Qeyd edək ki, GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)




