Dövlət şirkəti böyük zərərdə - 24 MİLYON MANATA YAXIN, 11 DƏFƏ ARTIB
Dövlətə məxsus, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabe olan "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC 2020-ci ili 23 milyon 620 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 2 milyon 177 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən ilin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu"nun xalis zərəri təxminən 11 dəfə artıb.
Marja ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə cəmi gəlirlər 2 milyon 585 min manat və ya 21% azalaraq 9 milyon 735 min manata geriləyib. Şirkət 2019-cu ildə 12 milyon 320 min manat cəm gəlir əldə etmişdi.
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu"nun cəmi xərcləri isə 5%-ə yaxın azalaraq 8 milyon 898 min manata düşüb.
Gəlirlərin azalması ilə əlaqədar olaraq illik əməliyyat mənfəəti 2019-cu ildəki 2 milyon 977 min manatdan 2020-ci ildə 837 min manata geriləyib (3,6 dəfə azalma).
Həm gəlirlərin azalması, həm də asılı və ya birgə müəssisələrin zərərləri şirkətin böyük məbləğdə ziyana düşməsinə səbəb olub. Ötən il asılı və birgə müəssisələrin ziyanlarında pay 24 milyon 454 min manat təşkil edib (2019-da 803 min manat təşkil etmişdi).
Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində xidmətlər göstərən, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturların inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsini təmin edən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ("Azəryaşlandşaft") Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamına əsasən təsis edilib.
"Azəryaşlandşaft" ASC qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda yerli bitmə şəraitinə uyğun və introduksiya olunmuş ağac və kol bitkilərindən istifadə etməklə yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi ilə bağlı tədbirləri həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
10 san. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
6 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
14 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 23 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 29 d. əvvəl
-
32 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 35 d. əvvəl
- 40 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
Ən çox oxunanlar
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq



























