Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çinin "PetroChina" şirkətinin gəliri 28,8% artaraq 183 milyard dollara çatıb

AzVak-mobil_resmin_ustu_31
Çinin "PetroChina" şirkətinin gəliri 28,8% artaraq 183 milyard dollara çatıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Çinin neft və qaz nəhəngi PetroChina-nın 2021-ci ilin yanvar-iyun aylarında əldə etdiyi cəmi gəlir 1,19 trilyon yuan (təxminən 183 milyard dollar) təşkil edərək, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 28.8% artıb.

Marja xəbər verir ki, bu məlumatlar şirkətin Cümə günü Şanxay Birjasında təqdim olunan maliyyə hesabatında yer alır.

Səhmdarlara aid olan xalis mənfəət ilin ilk yarısında 53 milyard yuan (təxminən 8.2 milyard dollar) təşkil edib. Keçən ilin eyni dövründə şirkət, COVID-19-un yayılması və dünya bazarında neftin qiymətinin düşməsi nəticəsində 30 milyard yuan zərər etmişdi.

Bu ilin yanvar-iyun aylarında şirkətin mənfəətə qayıtması iqtisadiyyatın canlanması, tələbatın artması və neftin yüksək qiymətləri ilə əlaqədardır. Göstərilən dövr üçün mənfəət göstəricisi, şirkət üçün son yeddi ildə ən yüksək rəqəmdir.

PetroChina-nın Baş direktoru Dai Houlyanın sözlərinə görə, şirkət 2035-ci ilə qədər neft və qaz işini karbon emissiyalarının azaldılması standartlarına uyğun olaraq yenidən qurmaq niyyətindədir.

PetroChina
27.08.2021 14:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19