Azərbaycanlılar 7 ayda bu ölkədə 720 mənzil alıb
2021-ci ilin yanvar-iyul aylarında (7 ay ərzində) azərbaycanlılar Türkiyədə 720 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 546 mənzil almışdılar.
“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Aprel ayında 131 mənzil, May ayında 47 mənzil, İyun ayında 164, İyul ayında isə 127 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95,35, 42, 70 və 115 mənzil olmuşdu.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 9-cu yerdədir.
Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar.
Türkiyə Statistika Komitəsinin məlumatına görə, Türkiyə daxilində mənzil satışları İyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 53% azalaraq 107 min 785 olub. Aşağı faizlər və yumşaq kredit şərtlərilə mənzil satışları keçən ilin İyul ayında iki dəfə artmışdı və 229 min 357 olaraq reallaşmışdı. Bu il yaşanan böyük azalmanın səbəbi də keçən ilki yüksək səviyyədən qaynaqlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
10 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
10 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
11 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
-
13 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























