ABŞ-ın qadağalarından sonra Huawei-in satışlarında böyük azalma
ABŞ-ın qadağaları ilə əlaqədar olaraq Çinin Huawei şirkətinin satışlarında 2021-ci ilin ikinci rübündə böyük azalma qeydə alınıb.
Marja xəbər verir ki, şirkətin satışları 38% azalaraq 26 milyard dollara geriləyib.
Huawei-nin satışlarındakı azalma, ABŞ-ın şirkəti "qara siyahı"ya daxil etməsindən sonra ən böyük rüblük azalmadır.
Şirkətin 2021-ci ilin ilk yarısındakı satışları 52 milyard dollar ətrafında olub və mənfəət marjası 9,8% təşkil edib.
Huawei-nin İdarə heyətinin sədri Eric Xu, "Bizim məqsədimiz davamlı bir şəkildə bu çətin dövrü sovuşdura bilməkdir. Satışlarımızdakı azalma xarici faktorlardan qayanaqlanır", - deyib.
Donald Trump dövründə Çin şirkətlərinə tətbiq olunan qadağalardan sonra bu şirkətlər elektrikli avtomobil, günəş enerjisi və ağıllı şəhər kimi sektorlara yönəlib. Huawei gələn ildən etibarən 5G patentlərini istifadə etdiyi üçün Apple-dən ödəniş almağa başlayacağını da açıqlayıb.
Xiaomi, Oppo və Vivo, Huawei-nin həm Çindəki, həm də dünyada bazar payının əhəmiyyətli bir qisimini ələ keçiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
















.jpg)
