Dolların məzənnəsi üçün ən böyük təhlükə
Azərbaycanda ABŞ dollarının rəsmi və nağd məzənnəsi 1,70 AZN/USD səviyyəsində sabitləşəcək.
Analitiklər bildirir ki, son bir ayda nağd valyuta bazarındakı məzənnə rəsmi məzənnədən aşağı olsa da, hazırda bu fərq aradan qalxıb. Nağd valyutanın alqı-satqısında aparıcı olan "Amrahbank" və "Günaybank" ASC-lərdə dollar 1,6960 manata alınır, 1,7060 manata satılır.
Qeyd edək ki, məzənnənin bu alış səviyyəsi rəsmi məzənnədən təxminən 0,005 manat aşağı, satış isə 0,005 manat yuxarıdır. Yəni, nağd valyuta bazarında məzənnə optimal səviyyəyə çatıb.
Analitiklər bildirir ki, neftin orta qiymətinin 50 dollar/barel səviyyəsində qalması dolların məzənnəsinin sabitliyini təmin edəcək.
Hazırda dolların məzənnəsi üçün ən böyük təhlükə mayın 23-də Londonda Azərbaycan Beynəlxalq Bankının (ABB) borc öhdəliklərinin restrukturizasiyası ilə bağlı planının kreditorlarla razılaşdırılmasıdır. Azərbaycan tərəfinin görüşdən müsbət nəticə əldə edərək borcların dövlət istiqrazları ilə dəyişdirilərək daha geniş müddətə uzatması gözlənilir. Bu halda daxili bazarda dolların məzənnəsi üçün təhlükə aradan qalxacaq.
Dolların məzənnəsinin sabitləşməsi tədricən manat kreditləşməsinin artmasına və depozitlərin dedollarizasiyasına gətirib çıxaracaq. Lakin bu proses bir qədər uzun müddət tələb edə bilər. Dolların məzənnəsinin daxili bazarda sabitliyi həmçinin əlavə manat kütləsinin sterilizasiyası hesabına başa gəldiyini qeyd etmək lazımdır. Bu isə öz növbəsində iqtisadi artıma ciddi ziyan vurur. Hazırda Mərkəzi Bankın qarşısında duran vəzifə manat kütləsinin həcminin optimallaşdıraraq iqtisadi artımı bərpa etməkdir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























