Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

TURKUAZ layihəsi çərçivəsində rekord sayda konteyner yola salınıb

AzVak-mobil_resmin_ustu_31
TURKUAZ layihəsi çərçivəsində rekord sayda konteyner yola salınıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

“ADY Konteyner” şirkəti Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə əlavə yüklərin cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir. 

Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, BTQ vasitəsilə Gürcüstandan keçməklə Türkiyədən Azərbaycana və əks istiqamətdə konteyner qatarları ilə  yüklərin çatdırılmasını nəzərdə tutuan  TURKUAZ layihəsi çərçivəsində ilk dəfə olaraq rekord sayda  - 48 konteynerdən ibarət blok qatar ölkəmizə yola düşüb. 45 futluq konteynerlərdə Konya şəhərindən Bakıya şəkər tozu çatdırılacaq. Qatarla ümumilikdə ölkəmizə 1344 ton şəkər tozu gətirilir.

“ADY Konteyner”in  Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” layihəsi çərçivəsində daşımaların həcmi artmaqdadır. Ötən ay layihə çərçivəsinsə 222 konteyner daşınıb. Artıq yola düşən və yüklənməkdə olan konteynerlərin sayı deməyə əsas verir ki, bu ay daşınacaq konteynerlərin sayında da artım olacaq. Bu da öz növbəsində BTQ ilə daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq.

16.07.2021 15:08
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19