Xarici şirkət Azərbaycanda gümüş istehsalını kəskin artırıb
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin ikinci rübündə 16 740 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.
Şirkətin açıqladığı hesabata əsasən, bu, bu ilin birinci rübünə nisbətən 8,5 % artıb. 2021-ci ilin birinci rübündə bu həcmlər 15 431 unsiya qızıl ekvivalenti olub.
Bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın həcmi 17 % artıb. 2020-ci ilin ikinci rünübdə bu rəqəm 14 301 unsiya qızıl ekvivalenti təşkil edib.
Bu istehsal üzrə əldə edilən gəlir 13,7 milyon ABŞ dolları artaraq bu ilin iyunun sonuna 36,6 milyon ABŞ dollarına çatıb.
Bu ilin ikinci rübündə şirkət tərəfindən 12 342 unsiya qızıl hasil edilib. Bu, 2020-ci ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 2,55 % çoxdur.
Bu dövr ərzində Britaniya şirkəti 695 ton mis istehsal edib. Bu, 2020-ci ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 7,25 % çoxdur.
Bu müddət ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 43 566 unsiya təşkil edib. Bu isə 2020-ci ilin ikinci rübü ilə müqayisədə 81,8 % çoxdur.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
- 22 d. əvvəl
- 38 d. əvvəl
-
39 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
50 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol

















.jpg)





