Malların dəyərini azaltmaqla vergidən yayınanların adları açıqlandı - SİYAHI
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışırlar.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bildirilir ki, gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
Xarici iqtisadi fəaliyyət iştirakçısının adı | İnvoysda göstərilən qiymət | Real qiymət | Fərq | |
1 | “Taleh-AT” müəssisəsi | 67350,01 ABŞ dolları | 129915,13 ABŞ dolları | 62565,12 ABŞ dolları |
2 | “Qoşabulaq-A” MMC | 26000 avro | 70000 avro | 44000 avro |
3 | Bəhlulzadə Kamal Rauf o. | 6584 ABŞ dolları | 28044 ABŞ dolları | 21460 ABŞ dolları |
4 | “Avantaj AS” MMC | 46188,60 ABŞ dollar | 65027,06 ABŞ dollar | 18838,46 ABŞ dollar |
5 | “NTC Company” MMC | 24584,85 ABŞ dolları | 38216 ABŞ dolları | 13631,15 ABŞ dolları |
6 | “Çipto” MMC | 7028,98avro | 17180,32 avro | 10151,34 avro |
7 | “ABA Trading” MMC | 27700 avro | 37500 avro | 9800 avro |
Ümumilikdə, 116 494,73 ABŞ dolları və 63 951,34 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib və təəssüf ki, bu kimi hallar davam edir.
DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələrilə ictimaiyyətə açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)






.jpg)


