Neft bahalaşır, enerji şirkətləri isə milyardlıq paylarını satır
Satışdakı aktivlərin dəyəri 140 milyard dolları keçib...Dünən OPEC+ toplantısı ləğv edildikdən sonra neft son illərdə ən yüksək qiymətinə çatıb - bir barelə görə 77 dolları keçib. Diqqət daha çox qiymətlərə yönəldiyindən, Böyük Neft (Big Oil) oyununda əsas iştirakçıların yavaş-yavaş meydandan çəkilməsi isə gözdən qaçıb. Marja son illərdəki vəziyyəti qısa araşdırıb.
ABŞ-ın ExxonMobil və Chevron, Avropanın isə BP, Royal Dutch Shell, Total və Eni kimi nəhəngləri təkcə 2018-ci ildən bəri 28 milyard dollardan çox pay satıb. Növbəti illərdə isə əlavə 30 milyardlıq paylarını satmağı planlaşdırırlar.
Wood Mackenzie enerji məsləhətçi şirkəti hazırda qlobal miqyasda satışa çıxarılacaq aktivlərin dəyərinin 140 milyard dollardan çox olduğunu bildirir.
Səbəb nədir?
İri neft nəhəngləri son illərdə qlobal istiləşməni sürətləndirdikləri və daha çox zəhərli qazların emissiyasına səbəb olduqları üçün ciddi tənqid və təzyiqlərlə üzləşib. McKinsey-in araşdırmasına görə, istixana effekti yaradan qazların 42%-i neft və qaz sənayesinin payına düşür. Üstəgəl, 2014-cü ildən bəri neft qiymətlərinin sürətlə ucuzlaşması, ötən ilki pandemiyada isə hətta mənfiyə düşməsi şirkətləri müəyyən aktivlərdən “xilas olmağa” vadar edir.
Əsas alıcılar: milli şirkətlər və özəl kapital investorları
ExxonMobil bu ilin fevralında Şimal dənizindəki neft biznesinin bir hissəsini Norveçin özəl investisiya qrupu HitecVision-a 1 milyard dollara satıb. Həmin ay Taylandın PTT şirkəti BP-dən Oman qaz blokundakı payın 20%-ni 2,6 milyard dollara alıb. May ayında isə Shell Filippindəki qaz yatağında malik olduğu payları 460 milyon dollara yerli Udenna Group-a ötürüb.
Görünən odur ki, növbəti 10-20 il ərzində ənənəvi nəhənglər neft-qaz bazarından iri həcmdə çəkiləcək və onların yerini milli şirkətlərlə özəl investorlar tutacaq...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 28 d. əvvəl
-
-
44 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)















.jpg)
