Avroda ucuzlaşma davam edə bilər - BAZARLARDA SON VƏZİYYƏT
EUR
Amerikanın əmək bazarına dair fundamental göstəricilərin yaxşı açıqlanmasına baxmayaraq, sənaye sektorunda böyümənin yenidən zəifləməsi, dollar indeksində, EUR/USD məzənnəsində korreksiyaya səbəb olmuşdur. Lakin təhlillərə əsasən, avroda ucuzlaşma davam edə bilər və 1.17$ reallaşa biləcək səviyyədir.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Almaniya və Avrozona üzrə dərc ediləcək iqtisadi inkişaf proqnozlarını ölçən indeks də investorların diqqət mərkəzində olacaqdır.
GBP
İngiltərədə də korona infeksiyaların artması xəbərləri, iqtisadi qeyri-müəyyənliyi artırmaqla bərabər, funt sterlinqin də ucuzlaşmaqda davam edəcəyini ehtimal etməyə əsas verir. Beləliklə, 1.39$-ın altında qalan GBP/USD məzənnəsi 1.37$-a kimi də ucuzlaşa bilər.
Cümə günü saat 10:00-da İngiltərənin də iqtisadiyyatına dair önəmli fundamental göstəricilər açıqlanacaqdır.
TRY
Bütün valyuta bazarlarında tendenisyaya uyğun olaraq, USD/TRY məzənnəsində də korreksiya müşahidə edilir. Qlobal təhlillərə əsasən isə bahalaşma 9TL-yə kimi davam edə bilər.
Bunun əsas səbəbi bazar ertəsi saat 11:00-da dərc ediləcək inflyasiya göstəricilər üzrə proqnozların artımı istiqamətində olmasıdır.
OIL
Enerji birjalarında Avropanın Brent nefti son iki il yarımın maksimumunda ticarət edilməkdədir və bir barel qiymətin 80$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır.
Cümə axşamı saat 19:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
FED-in siyasəti fonunda qeyri-müəyyənliyin yenidən artması, qızılın da 1800 - 1750$ (57.9 - 56.3 $/qram) aralığında korreksiyasına səbəb olmuşdur. Lakin qlobal proqnozlar bir unsiya üzrə qiymətin daha da ucuzlaşacağı istiqamətindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
45 d. əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 52 d. əvvəl
-
2 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
20 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























