Nadir Babaxanovdan unikal pilotsuz uçan aparat - “GÖZ – N1”
Məlum olduğu kimi, AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi məqsədilə biznes inkubasiya fəaliyyəti həyata keçirilir.
YT Parkda biznes inkubasiya proqramı çərçivəsində erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi məqsədilə inkubator rezidentliyinə seçim müsabiqəsi keçirilib. Əsas məqsəd ideya mərhələsində olan startapları prototip hazırlamaq səviyyəsinə çatdırmaq və bazarda investor axtarışına dəstək göstərmək olub. Müsabiqədə qalib olan layihənin rəhbərinə inkubator rezidenti olmaq imkanı və bu layihənin prototip xərclərinin qarşılanması təminatı verilib.
Müsabiqənin nəticələrinə əsasən, müstəqil layihə rəhbəri Nadir Babaxanovun “GÖZ – N1” pilotsuz uçan aparat (PUA) layihəsi qalib olub.
Dron sənayesində yeni bir istiqamət təşkil edən “GÖZ – N1” layihəsi kompakt, istifadəsi asan və tamamilə modul olması ilə fərqlənir. İstənilən hava şəraitində istifadə olunması isə onu digər PUA-lardan daha üstün edəcəkdir. Video və idarəetmə paneli üçün xüsusi olaraq hazırlanmış sistem və proqram təminatı tapşırıqdan asılı olaraq kamera və idarəetmə panelini dəyişdirməyə imkan verəcəkdir.
“GÖZ – N1”in xüsusi forması və aerodinamika ilə onu istənilən ərazidə 30 saniyəyə uçuş vəziyyətinə gətirmək mümkün olacaq. Dronun kompakt ölçüsü daşınma zamanı heç bir çətinlik yaratmayacaq.
Yığılmış formada 330 x 120 mm, açıq formada 330 x 360 mm ölçülərə malik, çəkisi 2,5 kq təşkil edən bu dron tapşırıqdan asılı olaraq 3-10 km məsafəyə 4700 m yüksəklikdə 45– 55 dəqiqə ərzində 25 m/s uçuş sürəti ilə hərəkət etmək imkanına malik olacaq.
“GÖZ – N1”dən hərbi sənayedə kəşfiyyat, təkrarlayıcı (retranslyator), kamikadze kimi istifadə etmək, düşmənin yerləşdiyi artilleriya və ya bölüklərin dəqiq koordinatlarını tapmaq malik olacaq.
Fövqəladə hallar zamanı kompaktlığı və istənilən ərazidə uçma qabiliyyəti sayəsində bu dron sürət və effektivlik baxımından əvəzolunmaz keyfiyyətlərə malik olacaqdır. Keçməyin çətin olduğu yerlərdə və işçilərin təhlükəsizliyi üçün xüsusi yanğın söndürən maddədən istifadə etmək olar. O, dağlıq ərazilərdə və zəlzələ zamanı dağılmış yerlərdə xilasetmə qrupu üçün koordinat işarəsi kimi istifadə oluna bilər.
Geologiya və zoologiya sahəsində isə geoloqlar bu dronu qazıntılar üzərində uçmaq və ümumi foto və video çəkilişlər aparmaq üçün istifadə edə bilərlər. Zooloqlar heyvanları asanlıqla müşahidə etmək üçün dronun kamerasını canlıya tərəf yönəldərək “izlə” əmrindən istifadə edə bilər.
Mühafizə məqsədilə “GÖZ – N1” ərazidə geniş əhatə dairəsi olan təhlükəsizlik kamerası funksiyasını yerinə yetirə bilər. Tədbirlərdə havadan müşahidə ilə təhlükəsizliyi təmin etmək üçün, eləcə də istənilən şəraitdə cinayətkarların təqib olunması məqsədilə istifadəyə olduqca yararlı olacaqdır.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
-
11 saat əvvəl
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
-
11 saat əvvəl
"Shell" rəhbəri: Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər
-
12 saat əvvəl
Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
-
12 saat əvvəl
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
17 saat əvvəl
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
Ən çox oxunanlar
İran atəşkəs iddialarını təkzib edib
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Danone-dən 1 milyard avroluq satınalma
"Apple Maps"ə reklamlar gəlir
“Baku Steel Company” istehsalı borc ilə genişləndirmək niyyətindədir




















