“Gardashlar Mebel” Amerikaya növbəti konteynerini göndərdi
"Amerika bazarında satışlarımız artan templə davam edir".“Gardashlar Mebel” şirkəti Amerikaya növbəti konteynerini göndərib.
ABŞ-a növbəti konteynerini göndərən"Gardashlar Mebel" şirkətinin rəhbəri Əli Mirzəyev bu barədə məlumat verərək bildirib ki, istehsal etdikləri mebellər Amerika bazarının standartlarına tam uyğundur:
“Amerikaya göndərdiyimiz mebellərlə bağlı müsbət rəyin formalaşması həmin bazarda mövqeyimizi möhkəmləndirməyə imkan yaratdı. Amerika bazarında satışlarımızın artan templə davam etməsi, həmçinin ölkə iqtisadiyyatına xarici valyuta axınını da təmin edəcəkdir. Xarici mebel markalarının sifarişləri əsasında müşahidələrimiz göstərir ki, yerli alıcılar daha sadə və praktik mebellərə üstünlük verirlər. Yerli alıcıların bahalı və dəbdəbəli mebellərə olan tələbatı olduqca aşağıdır. Bir amerika alıcısı evində olan mebeli bir ildən bir dəyişməyə üstünlük verir. Alıcılar mebelin bir neçə funksiyaları özündə birləşdirməsinə diqqət edirlər. Bu bazara daxil olmaq üçün insanların alıcılıq qabiliyyətinə təsir edən faktorları daima incələmək lazımdır. Artıq "Made in Azerbaijan" brendi adı altında istehsal etdiyimiz mebellər ilə Amerika alıcılarının rəğbətini qazanırıq”.
“Amerikaya mebel ixrac etmək Fabrikimizin istehsal praktikasını daha da möhkəmləndirir. İxrac sürətimiz artdıqca, keyfiyyətli və kompakt mebel istehsalı sahəsində daha ixtisaslaşırıq.
Şirkətin növbəti ixracı qarşıdakı aylara planlaşdırılır.
Qeyd edək ki, "Qardaşlar Mebel" şirkətinin adı “Yaşıl Dəhliz” iştirakçıları sırasındadır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat sonra
-
-
2 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
6 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
9 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























