“Slavyanka” yeniləndi - VİDEO
Azərbaycanın ilk qazsız qablaşdırılmış mineral süfrə suyu markası olan “Slavyanka” məhsullarını yeni görünüşdə təqdim edib. “Rəflərdə gördüyünüz fərqli dizaynlı “Slavyanka” illərlə tanıdığınız adın yeni tərzidir” – Gədəbəy Mineral Suları şirkəti marketlərdə eyni adlı iki fərqli görünüşlü su markasına rastlanması ilə bağlı suala aydınlıq gətirib.
“Brendimizin görünüşündə kiçik tərz dəyişikliyi etdik. Yenilənmə tədricən baş verdiyindən marketlərdə “Slavyanka”nın həm yeni, həm də əvvəlki görünüşlü məhsullarına rast gəlmək olar. Bu dəyişiklik Gədəbəydə müəssisəmizdəki yenilənmənin ardınca kiçik bir ştrixdir. Daha yüksək keyfiyyətlə və dəyərlərimizə sədaqətlə müştərilərimizin xidmətində, tərəfdaşlarımızın yanındayıq” – Gədəbəy Mineral Suları şirkətindən bildiriblər.
Ötən müddət ərzində “Uzun ömrün sirri”, “Sağlamlıq üçün “Slavyanka” için!” mesajları ilə istehsal etdiyi məhsulun özəlliklərini istehlakçılarına çatdıran şirkət yeni reklam filmində tərəfdaşlarını da unutmayıb. Təbiətin ən saf və sağlam nemətini – suyu Gədəbəy dağlarından götürərək, Kiçik Qafqazın mineralları ilə zəngin sərvətini illərlə doğmalaşdığı istehlakçıları ilə bölüşür. “Daim bizimlə olan və yenilənmiş məhsulumuzla artan müştərilərimizin sifarişlərini vaxtında çatdırmaq, onları daha yüksək xidmətlə təmin etmək üçün uzun müddət çalışdığımız peşəkar əməkdaşlarımız, “Slavyanka”nı öz ailə üzvü hesab edən tərəfdaşlarımız bizimlədir” - Gədəbəy Mineral Suları şirkəti yeni reklam filmini şərh edib.
Şirkət yay mövsümündə suya artan tələbatı ödəmək, ev və ofislərə çatdırmanı daha da sürətləndirmək üçün həm çağrı mərkəzi, həm də ekspeditor şəbəkəsində əməkdaşların sayını artırıb. “Slavyanka” suyunu *2121 nömrəsinə zəng edərək, 1 gün ərzində ev və ofislərə çatdırılmasına nail olmaq olar.
Qeyd edək ki, “Slavyanka” mineral süfrə suyu mənbəyini Gədəbəy ərazisindəki yüksək dağ bulaqlarından götürür və şirkətin bu rayonunun Zəhmət kəndində yerləşdirilən müəssisəsində qablaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 21 d. əvvəl
-
-
22 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
33 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb















.jpg)






