Azərbaycanda yeni üzüm növləri yaradılacaq
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin TAGEN dairə başkanı Gökhan Kızılcı, Atatürk Bahçe Kültürləri Mərkəz Araşdırma İnstitutunun (Yalova) müdiri Yılmaz Boz Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.
Məlumata görə, səfər zamanı Türkiyə nümayəndə heyəti ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov arasında görüş keçirilib. TAGEN dairə başkanı Gökhan Kızılcı bildirib ki, iki ölkənin müvafiq institutlarının birgə elmi araşdırmalar aparması və layihələr həyata keçirməsi üçün böyük elmi potensial və əlverişli şərait mövcuddur. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə üzümçülük və şərabçılığın inkişaf etdirilməsi, tingçilik, klon seleksiyası, hibridləşdirmə, biotexnologiya, genetik qaynaqların qorunması, şərablıq üzüm çeşidlərinin keyfiyyətinin öyrənilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, quru üzüm, üzüm çəyirdəyi yağının istehsalı və digər sahələrdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Beynəlxalq Üzüm/Anac Kolleksiyasının Yaradılması və Mühafizəsi” layihəsi çərçivəsində tədqiqatlara başlanılıb. Üzüm növlərinin genefond mübadiləsi, seleksiyası, identifikasiyası, Azərbaycanın qiymətli, tezyetişən 15 yerli süfrə və kişmişi üzüm növblərindən götürülmüş nümunələr üzərində birgə əməkdaşlıq məqsədilə analizlər aparılır. Araşdırmaların əhatə dairəsinin genişləndirilməsi və yeni istiqamətlər üzrə tədqiqatların aparılması üçün Azərbaycanın qiymətli yerli süfrə, kişmişi və şərablıq üzüm növləri üzərində də araşdırmaların aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, institutlar arasında virussuz əkin materialı, fillokseraya davamlı calaq-ting istehsal texnologiyası, toxum embrionunun və digər toxuma kulturalarının “in vitro” çoxaldılma üsulları, tetraploid formaların alınması, üzümün hibrid formalarının yuvenil dövründə toxumsuzluğa görə erkən molekulyar genetik markerlərlə təyini, üzüm genotiplərinin molekulyar-genetik markerlərlə identifikasiyası, üzümün patogen orqanizmlərə davamlılığının laborator şəraitdə tədqiqinin gerçəkləşdirilməsi mümkündür. Daha sonra tədbir iştirakçıları İnstitutun Fiziki-kimyəvi analizlər laboratoriyasına, Üzümün emalı və şərabın texnologiyası şöbəsinə və çoxillik şərabların saxlanıldığı zirzəmiyə baxış keçiriblər. Laboratoriyada klassik və müasir üsulla aparılan analizlərlə, üzümün emalı və şarabın hazırlanması texnologiyaları ilə yaxından tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
























.jpg)
