“PAŞA Həyat” və ADA Universiteti arasında Əməkdaşlıq memorandumu imzalanıb
(®️) Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat” ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair memorandum imzalayıb.
10 iyun 2021-ci il tarixində imzalanmış memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təhsil keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılması, bu məqsədlə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır.
Bundan əlavə, şirkət tərəfindən müəyyənləşdirilmiş xidmət kateqoriyaları üzrə bilik və bacarığa malik olan və müvafiq tələbləri qarşılayan tələbələrin sertifikasiyalarına dəstək verilməsi planlaşdırılır. Müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi və şirkət əməkdaşlarının Universitetdə təşkil edilən tədbirlərə qonaq çıxışçı qismində dəvət edilməsi də faydalı əməkdaşlığa töhfə verəcək.
Əməkdaşlıq sazişini “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar. Sözügedən əməkdaşlıq 5 illik müddəti əhatə edəcək.
“Qabaqcıl şirkətlərlə əməkdaşlıq münasibətlərini daim genişləndirən ADA Universiteti bu təşəbbüslə yeni bir məhsuldar əməkdaşlığa start verdi. Azərbaycanın sağlam gələcəyi naminə yüksəkixtisaslı kadrların yetişdirilməsi üçün “PAŞA Həyat Sığorta” ilə imzaladığımız Əməkdaşlıq memorandumu bu istiqamətdəki fəaliyyətimizi sürətləndirəcək”.”– deyə İcraçı prorektor Fariz İsmayılzadə bildirib.
“PAŞA Holdinq ölkə iqtisadiyyatının inkişafında lokomotiv rolunu oynayır. Holdinq müasir idarəetmə prinsiplərini rəhbər tutaraq “Agile” metodologiyasını təbliğ edir.
Sürətli şəkildə inkişaf edən şirkət olaraq deyə bilərəm ki, xüsusi kadrlara mütəmadi ehtiyac yaranır və bu səbəbdən də düşünürük ki, məhz ADA Universitetinin tələbələri bu ehtiyacı qarşılaya biləcək. Potensial kadrları üzə çıxararaq yerli bazara və ölkə iqtisadiyyatına töhfə verə biləcəyik.” – deyə Niyaz İsmayılov vurğulayıb.
Qeyd edək ki, ADA Universiteti Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsis edilib. Ölkəmizin təhsil mühitinə gətirdiyi yenilikçi yanaşması ilə fərqlənən Universitet, İctimai və Beynəlxalq Münasibətlər, Biznes, İnformasiya Texnologiyaları və Mühəndislik, eləcə də Təhsil fakültələrini təqdim etməklə bu sahədə gənc peşəkarlar yetişdirir.
Əlavə olaraq bildirək ki, “PAŞA Həyat Sığorta” ASC bütün fəaliyyət dövrü ərzində korporativ sosial məsuliyyətə önəm verib. Müxtəlif layihələr reallaşdıran şirkət, təhsil sahəsinə xüsusi diqqət ayırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
43 d. əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
52 d. əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
1 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
-
1 saat əvvəl
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
-
2 saat əvvəl
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Metropoliteni: Zərərlər aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb






















.jpg)



