Azərbaycandakı sement şirkəti son 2 ilin nəticələri üzrə dividend ödəyəcək
İyulun 30-da, saat 10:00-da “Holcim Azerbaijan” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti, 6 ("Hyatt Regency" iş mərkəzi) ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2019-2020-ci illər üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, hər iki ilin maliyyə nəticələri üzrə dividend ödənilməsi, Cəmiyyətin Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibinin müəyyən edilməsi, nizamnamə kapitalına və bununla bağlı nizamnaməyə əlavə - dəyişikliklərin təsdiq olunması, “Holcim Technology" şirkəti ilə imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin, “Lafarge Holcim" şirkəti ilə imzalanacaq Brend Müqaviləsinin, “Holcim Auslandbeteiligungs GMBH” şirkəti ilə imzalanacaq borc müqaviləsinin təsdiq edilməsi, müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”nin “LafargeHolcim İnternational Finance” şirkəti ilə əvəz edilməsi məsələləri daxildir.
Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 milyon 812 min 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)








.jpg)




