Dünyanın dördüncü ən böyük bazarı yeni şirkət qurur - 18 milyard dollar
İki böyük startap birləşir, hədəf 40 milyard dollarlıq bazar dəyəridir270 milyon nəfər əhali ilə dünya dördüncüsü və Asiyanın ən iri bazarlarından olan İndoneziyanın iki ən iri startapı birləşir.
Marja xəbər verir ki, rəqəmsal ödəniş platforması Gojek və elektron ticarət sistemi Tokopedia ərzaq çatdırılması, onlayn taksi və e-ticarət xidmətləri göstərəcək GoTo adlı 18 milyard dollarlıq yeni şirkət qurur. Bu il həm İndoneziya, həm də ABŞ birjalarında listinqə çıxacaq şirkət IPO nəticəsində 40 milyard dollar bazar dəyərinə çatmağı hədəfləyir.
Bununla da, İndoneziya şirkətləri birləşərək, 70 milyon istifadəçisi olan Grab və 200 milyondan çox istifadəçiyə malik Shopee kimi Cənub-Şərqi Asiyanın ən iri onlayn taksi və elektron ticarət xidmətlərinə qarşı rəqabətdə mövqelərini daha da möhkəmləndirmək niyyətindədir. Xatırladaq ki, bu ilin aprelində Grab Silikon Vadisindən olan startapla birləşərək, bazar dəyərini 40 milyard dollara çatdırmışdı. Shopee-nin ana şirkəti olan Sea Group-un səhmləri isə 2020-ci il ərzində 395% bahalaşaraq, 101 milyard dollar bazar dəyərinə çatıb.
Yeni şirkətin 52%-i Gojek-ə, 48%-i Tokopedia-ya məxsus olacaq. Gojek-in icraçı direktoru Andre Soelistyo holdinqin rəhbəri, Tokopedia-nın prezidenti Patrik Kao isə baş direktoru olacaq. Yaponiyann ən iri bankı SoftBank, Çin texnologiya nəhəngi Tencent, həmçinin, Alibaba, Facebook, Visa və Google kimi qlobal şirkətlər investorlar qismində GoTo birləşməsini dəstəkləyir. Goldman Sachs və Citi bankları prosesdə əsas məsləhətçilərdir.
Həmçinin oxu
Silikon Vadisinin Asiya fəthi - 40 milyard dollarMüştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
18 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 21 d. əvvəl
- 33 d. əvvəl
- 41 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























