“PAŞA Həyat"dan geniş kütlə üçün fərdi həyat sığortası məhsulu!
“PAŞA Həyat Sığorta” şirkəti “Ailəmin PAŞA Güvənliyi” adlı fərdi həyat sığortası məhsulunun satışı istiqamətində “AGBank”la əməkdaşlığa başlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “Marja”ya verilən məlumata görə, “Ailəmin PAŞA Güvənliyi” (APG) geniş hədəf kütləsi üçün hazırlanmış fərdi həyat sığortası məhsuludur:
“Ölkədə fərdi həyat sığortası sahəsinin populyarlaşdırılması və müştərilər üçün əlçatan olmasını təmin etmək üçün “PAŞA Həyat” şirkəti tərəfdaş maliyyə təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan ölkənin ən tanınmış banklarından biri olan “AGBank”la əməkdaşlıq şirkətin bu istiqamətdə atdığı mühüm addımlardan biri hesab olunur. Artıq bu gündən etibarən istənilən şəxs “AGBank”ın Bakı şəhəri və regionlarda yerləşən istənilən filialından “Ailəmin PAŞA Güvənliyi” adlı məhsulu əldə edə biləcək,”- deyə “PAŞA Həyat” şirkətinin ictimaiyyətlə əlaqələr xidmətindən bildirib.
Qeyd edək ki, APG sığortası əldə edən şəxs istənilən səbəbdən ölüm və ya I qrup əlillik halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Sığorta məbləğinin həcmi müştərinin yaşı, sağlamlıq durumu, həyat tərzinin risklilik dərəcəsi və digər amillər əsasında xüsusi hesablama vasitəsilə təyin edilir.
Sığorta olunan şəxs sığorta haqqının ödənişini həm əvvəlcədən birdəfəlik, həm də aylıq və ya illik bərabər hissələrlə həyata keçirə bilər. Bundan başqa, sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin faydalanan şəxsə ödənilməsi şərtini də (birdəfəlik və ya aylıq bərabər hissələrlə) müştəri əvvəlcədən özü müəyyən edə bilir.
APG məhsulu üzrə təminat 60.000 AZN və 30.000 USD-yə qədər olduqda sığorta olunan şəxsdən tibbi müayindən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500.000 AZN və ya 250.000 USD həcmində müəyyənləşib.
Məhsul üzrə aylıq sığorta haqqı minimum 10 AZN-dən başlayır.
“Ailəmin PAŞA Güvənliyi sizin üçün hazırladığımız xüsusi sığorta məhsuludur. Bu məhsulu əldə etməklə Siz ailə üzvlərinizin (valideyin, həyat yoldaşı, övlad və digər) maliyyə sabitliyini 5 il ərzində qorumuş olursunuz.
20 AZN aylıq sığorta haqqı ödəməklə hər ay 533 AZN məbləğində istənilən səbəbdən ölüm və ya əlilliklə bağlı təminat əldə edə bilərsiniz”.
Müştərilər sığorta haqqı məbləği üzrə ödənişlərini www.pasha-life.az saytında və ya www.e-pul.az, www.izim.az,www.kassam.az portalları vasitəsi ilə, eləcə də tərəfdaş-bankların filiallarında həyata keçirə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 25 d. əvvəl
-
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Ən çox oxunanlar
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib







.jpg)









.jpg)





