Dünyanın ən zəngin cütlüklərindən biri 27 ildən sonra ayrılır
“Boşananlar Klubu”nun yeni üzvü - Bill Qeyts...ABŞ-ın beş ən iri texnoloji şirkətindən biri Microsoftun qurucusu və keçmiş baş direktoru, Forbesin dünya milyarderləri siyahısında 130 milyard dollarlıq sərvətlə hazırda dördüncü yerdə qərarlaşan Bill Qeyts həyat yoldaşı Melinda ilə yollarını ayırır.
Marja xəbər verir ki, milyarder rəsmi Twitter səhifəsində özü və həyat yoldaşının adından açıqlama yayaraq, bunları bildirib:
“Böyük düşüncə birliyi və münasibətlərimiz əsasında gördüyümüz çoxlu işlərdən sonra, biz evliliyimizə son vermək qərarına gəlmişik. 27 il ərzində biz üç mükəmməl övlad böyütmüşük və bütün insanlara sağlam və məhsuldar həyat sürməyə imkan yaratmaq üçün dünya miqyasında işləyən bir fond qurmuşuq. Biz həmin missiyaya inamımızı paylaşırıq və birgə işimizi davam etdirəcəyik, lakin ömrümüzün bundan sonrakı mərhələsində həyat yoldaşı kimi birlikdə addımlaya biləcəyimizə inanmırıq. Yeni həyatda öz istiqamətimizi tapmağa başladığımıza görə, ailəmiz üçün yer və məxfilik istəyirik”.
Hələlik bu ayrılığın maliyyə detalları bəlli deyil. Bill Qeyts hazırda Microsoft şirkətinin 1,4%-ə qədər paylarına sahibdir və FactSet-ə görə bu payların bazar dəyəri 26 milyard dollardan artıqdır. Bill və Melinda Gates-in 2000-ci ildə birgə qurduğu fondun dəyəri isə 45 milyard dollar ətrafındadır.
Xatırladaq ki, 2 il öncə (2019-cu ilin yanvarında) daha bir qlobal miyarder - Amazon şefi, dünyanın ən zəngin insanı Jeff Bezos 25 illik həyat yoldaşı MakKenzie ayrıldıqlarını bəyan etmişdilər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























