SOCAR "Sberbank" ilə ortaqlıqdan ayrıldı
SOCAR Antipinski neft emalı zavodu və zavodun törəmə şirkəti olan NKNP MMC-yə məxsus yataqların idarə olunması üzrə layihədə iştirakını uğurla başa vuraraq, "Sberbank" Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsi olan “SOCAR Enerqoresurs” MMC-nin kapitalından çıxır.
SOCAR-dan verilən məlumata görə, SOCAR “Antipinski NEZ” Səhmdar Cəmiyyətinə məxsus mülkiyyətin iflas proseduru çərçivəsində onun satışında iştirak etməmək qərarına gəlib, çünki zavodun satın alınması SOCAR-ın cari strategiyasına daxil deyil.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “”Sberbank” ilə tərəfdaşlığımız çərçivəsində belə bir mürəkkəb aktivlə işləmək bizim üçün böyük məsuliyyət yaradırdı. Biz bütün təcrübəmizi, biliklərimizi və səriştəmizi ortaya qoyduq və Rusiya ərazisində federal miqyaslı böyük istehsalatla işləmək sahəsində dəyərli təcrübə qazandıq. Göstəilən etimada və səmimi tərəfdaşlığa görə Sberbanka təşəkkürümüzü bildiririk. Ümid edirik ki, qarşıda bizi əməkdaşlığımızın yeni üfüqləri gözləyir”.
“Sberbank” SOCAR-ın Antipinski NEZ və NKNP yataqlarının səhmdarı olan “SOCAR Enerqoresurs” şirkətinin effektiv idarəçiliyində əvəzsiz rol oynadığını qeyd edir və SOCAR-a minnətdarlığını bildirir.
“Sberbank”ın prezidenti və idarə heyətinin sədri German Qref deyib: "Tərəfdaşlarımızın səyləri sayəsində «Аntipinsk NEZ» Səhmdar Cəmiyyəti iflasın ilkin mərhələsindən başlayaraq öz həyat yolunun çətin bir mərhələsini geridə qoydu, prosessinq mexanizmindən istifadə edərək effektiv fəaliyyətini davam etdirməyə müvəffəq oldu. Əməkaşlığımız müddətində SOCAR özünü etibarlı, peşəkar və məsuliyyətli bir tərəfdaş kimi göstərdi. Ümidvarıq ki, bizim səmimi qarşılıqlı münasibətlərimiz başqa layihələrdə davam etdiriləcək”.
SOCAR, Antipinski NEZ-in aktivlərinin idarə olunması üzrə uğurlu təcrübəsini nəzərə alaraq, gələcəkdə, zavodun aktivlərinin satış proseduru başa çatdıqdan sonra qarşılıqlı fayda kəsb edən yeni kommersiya sazişləri bağlandığı təqdirdə müəssisənin əməliyyat idarəçiliyinə yardım etməyə hazır olduğunu bildirir.
Xatırldaq ki, SOCAR 2019-cu ildə lazımi prosedurları başa vurduqdan sonra Rusiyada “SOCAR Enerqoresurs” MMC-nin minoritar iştirakçısı olmuşdu. “SOCAR Enerqoresurs” Antipinski NEZ və Orenburq vilayətində 45 milyon ton təsdiqlənmiş neft ehtiyatı olan üç yatağın aktivlərini birləşdirirdi. SOCAR-ın bu layihədə əsas rolu Antipinski NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarət idi. Sazişin strukturu baxımından SOCAR-ın Antipinski NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risk yaratmırdı. Qeyd edək ki, illik ümumi emal gücü 7,5 milyon ton təşkil edən Antipinski NEZ-də dizel, vakuum qazoyl, nafta, benzin (A80 və A92), koks, texniki kükürd, texnoloji mazut və maye qaz istehsal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 10 saat əvvəl
-
10 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
10 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
11 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
11 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
12 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























