Gürcüstanda Caspian Energy Georgia şirkəti fəaliyyətə başlayacaq
“Caspian Energy Georgia Gürcüstan ərazisində Caspian European Club, Caspian American Club və Caspian Energy International Media Group-un mənafeyini təmsil edəcək”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, bu şirkət Gürcüstan ərazisində əməkdaşlığı fəallaşdırmaq niyyətində olan Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan şirkətləri tərəfindən çoxsaylı müraciətlər nəticəsində yaradılır.
Telman Əliyev qeyd edib ki, Caspian Energy Georgia Tbilisi və Batumidə biznes-forum, CEO lunch, treninq, seminar və dəyirmi masaların, illik Caspian Energy Forumun təşkili ilə məşğul olacaq. Bundan əlavə, ildə bir dəfə milli və beynəlxalq Caspian Energy Award, Caspian Business Award, Caspian CEO Award və Brand Award mükafatlarının təqdimetmə mərasimi təşkil olunacaq. Gələcəkdə Gürcüstanın iqtisadi inkişafına və investisiya cazibədarlığına həsr olunacaq ayrıca rüblük Caspian Energy jurnalının çapı planlaşdırılır.
“Caspian European Club Georgia və Caspian American Club Georgia-ya üzv olan bütün şirkətlər Azərbaycan, Qazaxıstan və Türkiyədə Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group-un himayəsi altında keçirilən bütün tədbirlərdə ödənişsiz əsaslarla iştirak edə biləcəklər”, - deyə Telman Əliyev fikrini yekunlaşdırıb.
Caspian European Club-a daxil olmaq istəyən şirkətlər http://www.caspianenergy.org/ saytında qeydiyyatdan keçə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
8 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
25 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır



























