“Yaxın günlərdə “Startap” şəhadətnaməsinin verilməsinə başlanacaq”
“Startap” şəhadətnaməsi ilə bağlı yenilik gözlənilir. Yaxın günlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılacaq”.
Bunu ATV telekanalının "İqtisadi zona" verilişinin qonağı olan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O.Məmmədov əlavə edib ki, bu şəhadətnamələri alan startaplar 3 il vergidən azad ediləcək:
“Startap” şəhadətnaməsi KOB subyektlərini Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət vergisindən və gəlir vergisindən 3 il müddətinə azad edəcək.
Yaxın aylarda KOB subyektlərinin satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılması üçün onlayn satış platformasının istifadəyə verilməsi planlaşdırılır”.
KOBİA rəsmisi kiçik və orta biznes sahəsindəki başqa yeniliklərdən də məlumat verib:
“Digər bir yenilik onlayn təlim platforması ilə bağlıdır. 2021-ci ildə KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün onlayn videotəlim platfoması istifadəyə veriləcək.
Müasir təşkilati iqtisadi model olan klasterləşmə sahəsində də KOB-lara institusional dəstəyin göstərilməsi nəzərdə tutulur. KOBİA tərəfindən KOB klaster şirkətinə və KOB klaster iştirakçılarına şəhadətnamə veriləcək ki, bu onları bir sıra vergilərdən azad edəcək.
Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yeni dəstək mexanizmləri istifadəyə veriləcək”.
Xatırladaq ki, “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.31-ci və ya 106.1.23-cü maddəsində nəzərdə tutulan azadolmadan istifadə hüququ qazanır və “Startap” şəhadətnaməsi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən – 3 il müddətinə azad edilirlər.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 38 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























