Qeyri neft-qaz məhsullarının ixracı real ifadədə azalıb
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 142 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 79 ölkəyə məhsul ixrac olunmuş, 133 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 515 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 2 milyard 903 milyon dollarını və ya 64,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 612 milyon dollarını (35,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 291 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 28,3 faiz, ixrac isə 10,6 faiz azalmışdır.
2021-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 12,1 faiz artmış, real ifadədə isə 3,2 faiz azalaraq 331,3 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,6 faizini İtaliyaya, 10,9 faizini Türkiyəyə, hər biri 7,8 faiz olmaqla Hindistan və Gürcüstana, 6,3 faizini İspaniyaya, 4,4 faizini Portuqaliyaya, 4,2 faizini Ukraynaya, 4,1 faizini Çinə, 3,2 faizini Rusiyaya, 2,2 faizini Xorvatiyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,5 faizini Almaniyaya, hər biri 1,4 faiz olmaqla İsrail və Belarusa, 1,3 faizini İsveçrəyə, 4,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,3 faiz), Rusiyaya (25,8 faiz), İsveçrəyə (10,6 faiz), Gürcüstana (8,6 faiz), ABŞ-a (4,0 faiz), Çinə (2,9 faiz), Ukraynaya (1,7 faiz), Almaniyaya (1,5 faiz), Türkmənistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), İrana (1,1 faiz), Birləşmiş Krallığa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,1 faizi Rusiya, 14,8 faizi Türkiyə, 12,6 faizi Çin, 8,8 faizi Almaniya, 5,2 faizi ABŞ, 3,9 faizi İran, hər biri 3,8 faiz olmaqla Birləşmiş Krallıq və Ukrayna, 3,1 faizi İtaliya, 2,0 faizi Norveç, 1,9 faizi Koreya, 1,6 faizi Avstraliya, 1,5 faizi Polşa, hər biri 1,4 faiz olmaqla Hindistan və Yaponiya, 19,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,4 faiz, şəkər – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 33,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 1,9 dəfə, kartof – 1,7 dəfə, pambıq lifi – 26,2 faiz, pambıq ipliyi – 4,7 faiz, polietilen – 27,1 faiz, bentonit gili – 23,7 faiz artmış, təzə tərəvəz ixracı isə 27,6 faiz, bitki yağları – 26,3 faiz, çay – 12,7 faiz, meyvə və tərəvəz konservləri – 15,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 31,1 faiz, tütün – 70,4 faiz, emal olunmamış alüminium – 30,4 faiz, qara metallardan borular – 30,1 faiz azalmışdır.
2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2021-ci ilin yanvar-fevral aylarında xam şəkər və şəkər idxalı 2,5 dəfə, təzə tərəvəz – 3,2 dəfə, siqaretlər – 45,6 faiz, dərman vasitələri – 1,8 dəfə, rezin şinlər – 12,1 faiz, mineral gübrələr – 2,0 dəfə, yük avtomobilləri – 12,8 faiz, məişət kondisionerləri – 8,0 faiz, məişət soyuducuları – 20,7 faiz artmış, təzə meyvə idxalı isə 0,3 faiz, bitki yağları – 33,7 faiz, kartof – 4,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,2 faiz, çay – 17,6 faiz, buğda – 77,3 faiz, mal əti – 18,8 faiz, quş əti və onun əlavə məhsulları – 25,9 faiz, minik avtomobilləri – 19,6 faiz, qara metallardan borular – 42,5 faiz, polad prokatı – 56,9 faiz, hesablama maşınları, blok və qurğuları – 10,8 faiz, qara metallardan çubuqlar – 37,6 faiz, mebellər – 28,4 faiz, polietilen – 28,1 faiz, paltaryuyan maşınlar – 8,8 faiz, avtobuslar – 40,6 faiz, qara metallardan künclüklər – 31,8 faiz, sement və sement klinkerləri – 19,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
48 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























