“Rusiyanın Amazonu”ndan rekord bazar dəyəri
Şirkətin qiyməti bir ildə ikiqat artaraq, 12,4 milyard dollara çatıb.Rusiya elektron ticarət bazarının ikinci ən böyük oyunçusu və internet maqazini, 2020-ci ildə Forbes tərəfindən Rusiyanın üç ən dəyərli internet şirkəti arasında seçilmiş Ozon özünün hazırkı maqazin və anbar şəbəkələrini genişləndirmək və yeni maliyyə xidmətləri təqdim etmək niyyətini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin baş direktoru Aleksandr Şulqin Financial Times-a müsahibəsində fintech xidmətləri göstərmək, o cümlədən Ozon platformasında satış edən şirkətlərə sərfəli kreditlər verilməsi məqsədilə bank lisenziyası üçün müraciət edəcəklərini bildirib.
1998-ci ildə rus proqram təminatı şirkəti Reksoft və “Terra Fantastica” mətbəəsi tərəfindən onlayn kitab maqazini kimi fəaliyyətə başlayan Ozon son 20 il ərzində Rusiya bazarında liderlərdən birinə çevrilib. Fəaliyyətinin həcminə görə “Rusiyanın Amazonu” adlandırılan elektron ticarət platformasının dövriyyəsi 2020-ci ilin sonuna 104 milyard rubl (1,34 milyard dollar), aktivləri isə 155 milyard rubl (2,02 milyard dollar) təşkil edib. 12 min əməkdaşı olan şirkət ötən ili 22,3 milyard rubl (288 milyon dollar) zərərlə başa vursa da, noyabrda NASDAQ birjasında səhmlərinin 18%ni IPO-ya (Səhmlərin İlkin Kütləvi yerləşdirilməsi) çıxararaq, 1,2 milyard dollar vəsait əldə edib. Həmçinin, bu ilin fevral-mart aylarında 750 milyon dollarlıq istiqraz buraxan Ozon bununla da toplam bazar dəyərini ötən ilə nisbətən iki dəfəyə yaxın – 12,4 milyard dollara qədər artırıb.
Əvvllər Rusiyanın ən böyük axtarış sistemi Yandex-in baş maliyyə direktoru və baş əməliyyat meneceri vəzifələrində çalışmış Aleksandr Şulqin 2017-ci ildə Ozonda rəhbər vəzifəyə gətiriləndən sonra hazırda 450 mindən çox debet kartlarına xidmət göstərən şirkət daha aqressiv investisiya və bazar siyasətini həyata keçirir. Şulqin logistika xidmətlərinə ötən ilə nisbətən ikiqat çox vəsait xərcləməyi və şirkətin anbar tutumunun üç dəfəyə qədər artırılmasını hədəf kimi qoyub.
Hazırda Rusiya bazarında amansız rəqabət gedir: Ozon-un ən böyük rəqibi, Rusiyanın lider intenet maqazini, ötən ili 437 milyard rubl (5,65 milyard dollar) dövriyyə və 20 milyon dollar əməliyyat mənfəəti ilə tamamlamış Wildberries bu ilin fevralında Standart-Kredit bankını satın alıb, digər internet nəhəngi Yandex isə öz bankını yaratmaq niyyətini açıqlayıb. Rusiyanın ən böyük transmilli dövlət bankı Sberbank da elektron kommersiya bazarına qoşulmağı hədəfləyir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 9 d. əvvəl
- 38 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 2 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"

























