Tesla-dan Çin üçün "kamera" açıqlaması
Tesla-nın kamera ilə məlumat topladığı iddia edilib və bu səbəbdən avtomobillərin Çin ordusuna aid təsislər və yaşayış komplekslərində istifadəsi qadağan edilib.
Marja xəbər verir ki, Tesla şirkətinin Çindəki ofisi, Şimal Amerika xaricində istehsal edilən avtomobillərdə kameraların aktiv edilmədiyini açıqlayıb.
ABŞ-dakı avtomobil sahibləri kameraları aktivə edib etməyəcəklərinə özləri qərar verə bilərlər. Tesla istifadəçilərin həyatlarını qorumaq üçün dünyada qabaqcıl bir şəbəkə təhlükəsizlik sistemi istifadə etdiyini qeyd edib.
Bloomberg keçən ay Tesla avtomobillərindəki kameraların məlumat toplaya biləcəyinə dair narahatlıqlara görə Çin ordusuna aid təsislərdə və yaşayış komplekslərində qadağan edildiyini yazıb.
"Casusluq etsəydik çoxdan qovulmuşduq"
Tesla şirkətinin rəhbəri Elon Musk, "Əgər Tesla Çində casusluq etmək üçün avtomobillərini istifadə etsəydi, şirkət çoxdan hər yerdən qovulmuşdu" deyib. O qeyd edib ki, bir şirkətin casusluq etməsinin mənfi təsirləri çox böyük olar.
Digər avtomobil istehsalçıları kimi Tesla da avtomobilin çölündə yer alan, park etmək, avto pilot və sürücüsüz sürüş kimi funksiyaların işini təmin edən kiçik kameralar istifadə edir.
Tesla-ların içərisindəki aynasında olan bir kamera sürücünün yola baxıb baxmadığını, eynək taxıb taxmadığını ya da başqa bir yerə baxıb baxmadığını müəyyən edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
42 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 45 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























