NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu bəyan edir ki, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən Caucasus Online şirkətinin sahibi olub.
Müqavilə nəticəsində holdinq Caucasus Online şirkətinin ana şirkətini alıb. Beləliklə, holdinq Caucasus Online şirkətin 100%-lik yekun sahibi olub, lakin sonuncu şirkətin kapital strukturu dəyişməyib.
Caucasus Online şirkətinin alınması, 2018-ci ildə başlanan və Rəqəmsal İpək Yolu (Digital Silk Way) kimi tanınan NEQSOL Holding-in daha genişmiqyaslı beynəlxalq layihəsinin bir hissəsidir. Layihə Avropanı Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi və Cənubi Asiya bazarları ilə birləşdirən müasir tranzit fiber-optik infrastruktur şəbəkəsinin inkişafına yönəlib. Caucasus Online, Avropadan Cənubi Qafqaza və Xəzər dənizi bölgəsinə tranzit İnternet çatdırılmasını təmin edən Qara dənizin dibi ilə keçən sualtı fiber-optik kabel xəttinin sahibidir.
Şirkətin alınması beynəlxalq təcrübəyə və müvafiq yurisdiksiyaların qanunvericiliyinə uyğun olaraq həyata keçirilib. Sahibin dəyişməsi Caucasus Online şirkətinin əməliyyat fəaliyyətinə təsir göstərməyib, şirkət işçiləri, müştəriləri və tərəfdaşları qarşısında bütün müqavilə öhdəliklərini yerinə yetirməyə və xidmət göstərməyə davam edir.
Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində həmçinin Xəzər dənizin dibi ilə keçən, Azərbaycan və Qazaxıstanı birləşdirəcək fiber-optik kabel xəttinin inşası işlərinə də başlanılıb. Azərbaycan və Türkmənistanı birləşdirəcək xəttin çəkilməsi üçün də 2019-cu ildə razılıq əldə edilib.
Layihənin həyata keçirilməsi bölgənin bütün ölkələri üçün faydalı olacaq. Layihə Azərbaycan və Gürcüstanda müasir məlumat və İnternet mübadilə mərkəzlərinin yaradılması imkanını nəzərdə tutur. Layihənin icrası bölgədə rəqəmsal iqtisadiyyatın inkişafına, həmçinin ümumi əhalisi təqribən 1,8 milyarda yaxın olan Mərkəzi və Cənubi Asiyada müxtəlif rəqəmsal xidmətlərə çıxışın yaxşılaşmasına xidmət edəcək.
2020-ci ildə Rəqəmsal İpək Yolu layihəsi, ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.
NEQSOL Holding-in fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, BƏƏ və s. kimi ölkələrdə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 11 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
16 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)


.jpg)





