Microsoft bir sıra xidmətlərini Azərbaycan dilinə lokallaşdırdı
(®️) Microsoft Teams onlayn əməkdaşlıq və təhsil platformasının lokallaşdırılması, Microsoft korporasiyasının tətbiq və xidmətlərinin Azərbaycan dilində əlçatan olması istiqamətində ilk addımdır.
Belə ki, bu yaxınlarda Azərbaycan dili şirkətin Microsoft Translator apps, Office, Translator for Bing, eləcə də biznes və developerlər üçün nəzərdə tutulan Azure Cognitive Services Translator kimi bütün əsas tətbiq və xidmətlərində mövcud oldu.
Pandemiya fonunda Microsoft Teams Azərbaycan təhsil sistemində onlayn dərslərin təşkili üçün əsas alətə çevrilib. Bu platforma təhsil sisteminə inteqrasiya olunaraq, orta təhsil müəssisələrinin təqribən 1,4 milyon müəllim, tələbə və şagirdləri üçün təşkilati və tədris proseslərini sadələşdirmişdir.
Məsələnin aktuallığını və dövlət dilində təhsil alan 1 milyondan artıq istifadəçinin ehtiyaclarını nəzərə alaraq, ötən ilin sonunda Microsoft Teams tam olaraq Azərbaycan dilində lokallaşdırılıb.
Təhsil sistemindən başqa, Microsoft Azərbaycan hökumətinə məsafədən iş prosesinin qurulmasında və video konfrans sistemləri kimi bulud əsaslı onlayn həllərin istifadəsində də dəstəyini davam etdirir.
İstifadəçilərin daha yüksək zirvələrə çatması üçün, hər il 21 Fevralda Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən qeyd olunan Beynəlxalq Ana Dili Gününü ərəfəsində Microsoft Translator apps, Office, Translator for Bing, həmçinin Azure Cognitive Services Translator kimi tətbiq və xidmətlər Azərbaycan dilində tam əlçatan oldu.
Süni intellektlə işləyən Microsoft Translator, mətn, səs və şəkilləri dəstəkləyir. Onun vasitəsilə avtomatik olaraq tərcümə etmək və birdən çox istifadəçi ilə danışıqları səsləndirmək mümkündür. Bundan əlavə, bu həll nitq tanıma qabiliyyətinə malikdir və doqquz yeni dilin əlavə edilməsi ilə, Microsoft Translator tərəfindən dəstəklənən dillərin ümumi sayı 83-ə çatdırıldı. Microsoft Translator-un Android və iOS üçün də mobil versiyaları mövcuddur. Həmçinin veb interfeysi vasitəsilə səs və mətn tərcüməçisindən də istifadə etmək mümkündür. Microsoft Translator, müxtəlif ölkələrdən olan tələbələrə mühazirə oxumağı, fərqli dillərdə danışan təhsil qruplarını bir araya gətirməyi və konfranslar keçirməyi çox asanlaşdırır.
Şirkətlər üçün Microsoft Translator-un müxtəlif biznes proqramlarına inteqrasiyası Cognitive Services APIs-ın kitabxana interfeysləri vasitəsilə nəzərdə tutulur.
“Bu, ölkələrin miqyasına və dilin mürəkkəbliyinə baxmayaraq, Süni İntellektin fərqli bölgələrdə və icmalarda innovasiyalara daha yaxın olmaq imkanının yaratmasının əla nümunəsidir. Yeni nəsil maşın tərcüməsi modellərinin istifadəsi, tərcümənin keyfiyyətini və müxtəlif dillər üçün dəstəyi əhəmiyyətli dərəcədə artırır. Bunun sayəsində Azərbaycan, Polşa, Albaniya, Ukrayna, Qazaxıstan və digər ölkələrdəki şirkətlər, tədqiqatçılar və vətəndaşlar ən son məlumatlara və araşdırmalara giriş əldə edə bilər. Bu onlara həmçinin səhiyyə, vətəndaş xidmətləri, əsaslı tədqiqatlar və ticarət tətbiqetmələrində yeniliklərin inkişafına və tətbiqinə töhfə verməyə, təcrübə mübadiləsi aparmağa imkan yaradacaq”, - Mərkəzi və Şərqi Avropa bölgəsi üzrə Microsoft-un Süni İntellekt istiqamətinin rəhbəri Dmitri Turçin belə hesab edir.
Lokallaşdırılmış xidmət və tətbiqlər Microsoft-un Süni İntellektini müxtəlif dövlət və özəl sektorlarda istifadəsini daha da yaxınlaşdıracaq.
Şirkət haqqında:
Microsoft, geniş çeşiddə proqram təminatı və İT xidmətləri təqdim edən informasiya texnologiyaları sahəsində dünya lideridir. Şirkətin təklif etdiyi məhsulları arasında əməliyyat sistemləri, server həlləri, bulud xidmətləri və s. daxildir. Şirkət dünyanın 190-dan çox ölkəsində təmsil olunur. Microsoft-un baş qərargahı ABŞ-ın Washington ştatının Redmond şəhərində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
-
9 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
9 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
10 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
12 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
12 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən





















