İnvestorlar ehtiyat edirlər, açıqlanacaq göstəriciləri gözləyirlər
Amerika Mərkəzi Bankın (FED) yanvar ayının 26 - 27-sı baş tutan toplantı protokolunda, iqtisadi aktivliyin və məşğulluğun son aylar zəifləməsinin vurğulanması, dollar indeksində son günlərin yüksəlişi müqavimətlə rastıaşıb. Bununla yanaşı, Amerikada artan inflyasiyanın dayanıqlı olması üçün iqtisadi inkişaf ilə üst-üstə düşməsinin önəmliyinin də açıqlanması, investorların qərarlarının daha ehtiyatlı olacağından xəbər verir və yayımlanacaq gələcək fundamental göstəriciləri gözləyəcəklər.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələri də müvafiq olaraq 1.20 və 1.38$-ın üzərində dəstək görüb. Əlvan metallar bazarlarında da qızılın qiymətində korreksiya müşahidə edilir.
Bu gün diqqət mərkəzində olan digər önəmli hadisə isə Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarıdır. Burada proqnozlaşdırıldığı kimi dəyişiklik olmasa, USD/TRY məzənnəsində son bahalaşma 7.14TL-yə kimi güclənə bilər. USD/JPY məzənnəsi də müqavimətlə rastlaşıb və treyderlər 106 yen müqavimətinin qırılmasını gözləyirlər.
Kriptovalyuta birjalarında isə bitkoin önəmli müqavimət səviyyəsi sayılan 54000$-a doğru dəyər qazanmaqda davam edir və ripl üzrə treyderlər fevralın 22-ni - "Ripple Labs" ilə Amerikanın qiymətli kağızlar bazarına nəzərat qurumu (SEC) arasında ilk məhkəmə prosesinin gedişatını gözləyirlər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
7 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
8 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























