Dogecoin-in yaradıcısı danışdı: "2015-də hamısını satıb ikinci əl Honda aldım"
İlin əvvəlindən bu yana dəyəri 1400% artan kriptovalyuta vahidi Dogecoin-in yaradıcılarından Billy Markus danışıb.
Marja xəbər verir ki, 2013-də Dogecoin-i Billy Markus Jackson Palmer ilə birlikdə "zarafat məqsədli" olaraq yaradıblar. Proqram mühəndisi Markus, hazırda əlində heç Dogecoin olmadığını, 2015-də çalışdığı işdən qovulduqdan sonra sahib olduğu bütün Dogecoin-ləri satıb ikinci əl bir Honda Civic model avtomobil aldığını açıqlayıb.
Tesla-nın Baş direktoru Elon Musk-ın Twitter paylaşmaları və dünyanın ən böyük forum saytı Reddit-də bir araya gələn kiçik sərmayəçilərin qısa müddətdə yüksək gəlir əldə etmək həvəslərilə Dogecoin-in bazar dəyəri 9 milyard dolları aşıb. Bu bahalaşmadan Dogecoin-in yaradıcısına heç bir pay düşməyib.
"SIRAVİ BİR İŞDƏ ÇALIŞIRAM, ZƏNGİN DEYİLƏM"
Reddit-də əvvəlki gün Dogecoin alt forumuna qatılan Markus, Dogecoin ilə artıq bir əlaqəsi olmadığını və insanların zəngin olması üçün Dogecoin təklifinin məhdudlaşdırılmasının mümkün olmadığını hər kəsin bilməsini istədiyini dilə gətirib.
Hazırda ABŞ-ın San-Francisco şəhərində bir təhsil şirkətində proqram mühəndisi olaraq işləyən 38 yaşındakı Markus, dünən də Bloomberg-ə danışıb.
Dogecoin-in bahalaşması ilə bütün pula özünün sahib olduğuna dair internetdə axmaq sözlər gördüyünü ifadə edən Markus, "Mən sıravi bir işçiyəm, zəngin deyiləm" deyib.
"Bir neçə saat ərzində etdiyim bir şeyin bu an internet mədəniyyətinin bir hissəsi olması qəribədir. Elon Musk-ın Dogecoin haqqında danışması komediya, axmaqca hissi yaradır" deyib.
Dogecoin-dəki yüksəlişin özü üçün də bir sirr olduğunu ifadə edən Markus, dünyanın ən varlı insanı Elon Musk-ın dəstək tweet-lerinin ona məntiqli gəlmədiyini dilə gətirib.
ABŞ mərkəzi bankının (Fed) "pul kranlarını" sonuna qədər aşması nəticəsində sürətlənən səhm və kriptovalyuta bazarlarındakı "dəlilik" haqqında da danışan Markus, "İşlərin həqiqətdən nə qədər ayrıla biləcəyi mövzusunda Dogecoin-in yaxşı bir barometr ola biləcəyi deyilə bilər" deyib.
Riskdən və sürətli zənginləşmə planlarından qaçınan bir insan olduğunu ifadə edən Markus, təcrübəsini S&P 500 indeksi fondunda ya da Kaliforniyada bir sərmayə xidməti şirkəti olan Wealthfront-da qiymətləndirdiyini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 49 d. əvvəl
-
55 d. əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
58 d. əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Ən çox oxunanlar
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı







.jpg)











.jpg)


