Azərbaycanda bananın qiyməti qalxdı
Azərbaycanda da bananın qiyməti qalxıb.
Marja-nın məlumatına görə, bu gün topdan satış mərkəzləri çəkisi 18 kq olan 1 yeşik bananın qiymətini 5 manat artıraraq 33 manatdan 38 manata yüksəldiblər. Nəticədə, pərakəndə satışda 1 kiloqram bananın satış qiyməti 2.20 manatdan 2.50 manata qalxıb.
Qiymət daha çox Ekvadorun Dole markalı bananında baş verib. Bu markalı banan daha dadlı və vitaminli hesab edilir.
Xəbər verdiymiz kimi, Rusiyadakı pərakəndə ticarət şəbəkələri Ekvadordan edilən banan idxalında çətinliklərlə qarşılaşıb. Buna Ekvadorda məhsuldarlığın aşağı olması, idxalçıların pərakəndə satışa lazımi həcmdə tədarük edə bilməməsi və mövsümi yüksək tələbat səbəb olub. Eyni zamanda, hazırda Sankt-Peterburq limanında meyvə ilə yüklənmiş bir neçə gəmi boşaltma üçün dayana bilməməsi də banan çatışmazlığına səbəb olub.
Şirkət nümayəndələrinin dediyi kimi, vəziyyət bir neçə həftə ərzində yaxşılaşa bilər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 6 d. əvvəl
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















