PAŞA Bank Lotfi Zadeh Texnologiya Mərkəzi ilə əməkdaşlığa başlayır
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, fevral ayının 4-də dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin 100 illiyinə həsr olunmuş görüşə qatılıb.
Lotfi Zadeh Texnologiya Mərkəzində panel müzakirələri formatında keçirilən görüşün əsas mövzusu “Rəqəmsallaşma sahəsində bankçılıq və innovasiya ekosisteminin uzlaşması” olub.
Yerli və beynəlxalq ekspertlərin, o cümlədən PAŞA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov və Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun iştiraki ilə keçirilən görüşdə “Klassik bankçılıq” və “Rəqəmsallaşmanın zərurəti” kimi mövzular müzakirə edilib.
Sosial şəbəkələr vasitəsilə canlı yayımlanan tədbirin iştirakçıları öz bilik və təcrübələrini paylaşaraq, innovasiya ekosisteminin inkişafı, cari maliyyə trendləri və digər mühüm istiqamətlər ətrafında fəal müzakirələr aparıb.
Görüş zamanı yerli bazarda daima dünya təcrübələrini və son illər ərzində bir sıra texnoloji “ilk”ləri tətbiq edən PAŞA Bankın Lotfi Zadeh Texnologiya Mərkəzi ilə əməkdaşlığa başladığı da bildirilib. Bank, regionda texnoloji bilik və bacarıqların, infrastrukturun və investisiyanın bir məkanda cəmləşdirilməsini hədəfləyən Lotfi Zadeh Texnologiya Mərkəzinin əsas maliyyə tərəfdaşı qismində çıxış edəcək. Bu əməkdaşlıq çərçivəsində PAŞA Bankın bir sıra layihələrin həyata keçirilməsində iştirakı da planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



.jpg)
