Unibankın vəziyyəti necədir? - HESABATLARIN ARAŞDIRDIQ
Bir çox biznesin bağlı olduğu, insanların yaşayış yerlərini məhdud tərk edə bildiyi və Vətən müharibəsinin baş verdiyi 2020-ci ili “Unibank” KB ASC 11 milyon 21 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ili 23 milyon 965 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması əsas olmayan fəaliyyətdən əldə edilən gəlirin 2020-ci ildə kəskin azalması ilə bağlıdır. Ötən il Bankın faiz, haqq və kommisiya gəlirləri artıb.
Marja Bankın korporativ idarəetmə standartları əsasında hesabatlarına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə Unibankın cəmi faiz gəlirləri 7 milyon 93 min manat artaraq 87 milyon 724 min manat təşkil edib. Bankın cəmi qeyri-faiz gəlirləri isə 40 milyon 989 min manat azalaraq 30 milyon 798 min manata düşüb. Azalma “digər gəlirlər” bəndi üzrə 44 milyon 758 min manat azalma ilə bağlıdır. Qeyri-faiz gəlirlərinin mühüm bəndi olan haqq və kommisiya gəlirləri 3 milyon 896 min manat artaraq 21 milyon 212 min manat təşkil edib.
Ötən il Unibankın cəmi əməliyyat gəlirləri 118 milyon 522 min manat, cəmi əməliyyat xərcləri 98 milyon 295 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 20 milyon 227 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 8 milyon 871 min manat ayırıb və 335 min manat mənfəət vergisi ödəyib. Beləliklə, Unibank ötən ili 11 milyon 21 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə Unibankın cəmi əməliyyat gəlirləri 152 milyon 418 min manat, cəmi əməliyyat xərcləri 96 milyon 756 min manat, əməliyyat mənfəəti 55 milyon 662 min manat təşkil etmişdi. Bank həmin il əməliyyat mənfəətindən 31 milyon 698 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və mənfəət vergisi ödəməmişdi. Beləliklə, Unibank 2019-cu ili 23 milyon 965 min manat xalis mənfəələ başa vurmuşdu.
BANK BÖYÜYÜB
2019-cu illə müqayisədə 2020-ci ildə Unibankın cəmi aktivləri 28 milyon 613 min manat artaraq 815 milyon 811 min manata, o cümlədən cəmi müştərilərə verilmiş kreditlər 59 milyon 843 min manat artaraq 567 milyon 313 min manata yüksəlib. Bankın biznes kreditləri portfeli 31 milyon 434 min manat, istehlak kreditləri portfeli 17 milyon 968 min manat, daşınmaz əmlak kreditləri (ipoteka kreditləri) portfeli isə 10 milyon 441 min manat artaraq 58 milyon 386 min manata yüksəlib.
Ötən il Unibankda fiziki şəxslərin depozitləri 9 milyon 78 min manat artaraq ilin sonunda 426 milyon 249 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
31 Dekabr 2021-ci il tarixində Unibank 82 milyon 906 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2019-cu il tarixində “Unibank” 80 milyon 202 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"






















