Hərraclar yeni formatda keçiriləcək
8 may 2017-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən təşkil edilən depozit hərracları banklara rəqabətli və qeyri-rəqabətli sifarişlər verməyə imkan verən yeni hibrid formatda da keçirilə bilər.
“Marja”nın ələ etdiyi məlumata görə, bu barədə Mərkəzi Bankdan kommersiya banklarına bildirilib.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
“Bundan sonra hərracın hansı formatda keçirilməsi barədə məlumat hər hərracın elanında göstəriləcəkdir. Məlum olduğu kimi, rəqabətli sifariş zamanı vəsait yerləşdirmək istəyən hər bir bank hərracda məbləğ ilə yanaşı faiz dərəcəsini də qeyd edir. Qeyri-rəqabətli sifariş zamanı isə bank tərəfindən yalnız yerləşdirilmək istənilən məbləğ qeyd olunur. Hərracın sonunda qeyri-rəqabətli sifarişlər təmin edilmiş rəqabətli sifarişlər üzrə formalaşmış ortaçəkili faiz dərəcəsi ilə icra olunacaqdır. Yeni formatda hər bir bank yalnız bir rəqabətli və bir qeyri-rəqabətli sifariş verə bilər. Qeyri-rəqabətli sifarişlərin həcminə AMB tərəfindən cəlb olunacaq vəsaitin 20%-i həcmində limit tətbiq ediləcək və hər bir bank maksimum bu limit məbləğinədək qeyri-rəqabətli sifariş verə biləcəkdir. Təqdim edilmiş qeyri-rəqabətli sifarişlərin ümumi həcmi limiti keçdikdə bu sifarişlər proporsional qaydada təmin ediləcəkdir. Hərracda bütün banklar üzrə yalnız qeyri-rəqabətli sifarişlər təqdim edildikdə hərrac baş tutmamış hesab ediləcəkdir”.
Depozit hərraclarının digər parametrləri (cəlb olunan vəsaitlərin müddəti, hərracın keçirilmə vaxtı, faiz dərəcələrinin intervalı və s.) ilə yanaşı hərracın təşkil edilmə müddəti də dəyişməz olaraq saxlanılır (15 dəqiqə). Buna görə də rəqabətli və qeyri-rəqabətli sifarişlər hərracın gedişatı ərzində eyni zamanda təqdim edilməlidir.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





