Britaniya şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində iştirakda maraqlıdır
Energetika naziri Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul edibEnergetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpı qəbul edib.
Nazirlikdən MArja-ya daxil olmuş məlumata görə, görüşdə ikitərəfli münasibətlər, energetika sahəsində mövcud əməkdaşlıq imkanları, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşıl enerji zonalarının yaradılması istiqamətində müzakirələr aparılıb.
Nazir Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyini vurğulayaraq, BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, bərpa olunan enerjidən istifadənin inkişafı da daxil olmaqla energetika sektorunun qarşısında duran çağırışlara uyğun birgə səyləri yüksək qiymətləndirib. İşğaldan azad olunmuş ərazilərin bərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərdə bərpa olunan enerjidən istifadə üzrə mövcud olan yüksək potensial haqqında məlumat verib.
Səfir işğaldan azad olunmuş ərazilərdə elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində, həmçinin ümumilikdə Azərbaycanda bərpa olunan enerjidən istifadənin inkişafında Britaniya şirkətlərinin iştirakda maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasının protokolunun icrasının gedişi, növbəti iclasın keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)


