Hesab.az 2020-ci ilin nəticələrini və 2021-ci il planlarını açıqladı
Hesab.az-ın istifadəçi kütləsi il sonunda artıq 600 mini ötmüşdür.(®️) 2020-ci il insanların normal həyat tərzlərini və vərdişlərini dəyişdiyi, onlayn sahələrin önəm və üstünlüklərini göstərə biləcək bir il oldu.
Baxmayaraq ki, bütün Dünyanın və ölkəmizin Covid -19 ilə mübarizə apardığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən müharibəni Qələbə ilə nəticələndiyi bir il yaşansa da, Hesab.az/Goldenpay olaraq , hər zaman mənəvi olaraq istifadəçilərinin yanında olmaq üçün dayanmadan çalışmış, öz fəaliyyətini daha da ciddi, məsuliyyətli şəkildə davam etdirmiş və etdirməkdədir. Evdən işləmə rejimi və növbəli şəkildə ofisdən işləmə rejimində fəaliyyətini dayandırmadan, Pandemiya dövründə də inkişaf tempini daha da artıraraq uğurlu bir fəaliyyət ilini başa vurmuş oldu. Yeniliklərini və göstərdiyi xidmətlərini il ərzində uğurlu şəkildə təqdim edən Hesab.az-ın istifadəçi kütləsi il sonunda artıq 600 mini ötmüşdür.
2019-cu illə müqayisədə 2020-ci ildə tranzaksiya sayı 40%-dən çox, ümumi dövriyyə məbləği 30% artmışdır. İstifadəçi sayında isə 2019-cu il ilə müqayisədə 20% -ə yaxın artım müşahidə olunur. Hazırda 600 mindən çox istifadəçi Hesab.az saytının xidmətlərindən qeydiyyatlı şəkildə istifadə edir.
Hesab.az 2020-ci il ərzində onlayn tədbir biletlərinin alışı, səyahət modulu olan Hesab Travel, Borclarla bağlı sorğu göndərilmə, QR kod ilə ödənişin tətbiqini genişləndirmək kimi bir çox xidmət və funksional yeniliklərini istifadəçilərinə təqdim etdi. Eyni zamanda dizayn olaraq da, yenilənərək istifadəçilər üçün daha əlverişli bir interfeys yaradıldı. İl boyu həyata keçirilən dəyərli hədiyyəli kampaniyalar və yarışmalar ilə istifadəçilərə hədiyyə qazandırmağa davam etdi, Visa və Mastercard kimi böyük şirkətlər, banklar ilə birgə müxtəlif qazandıran kampaniyalar həyata keçirdi.
Eyni zamanda Qazananlar klubu çərçivəsində təqdim etdiyi və onlayn ödənişlər üçün nəzərdə tutulan, Hesab.az-ın virtual məhsulu olan Hesab Koini istifadəçilərə təqdim etdi. “Qazananlar Klubu” çərçivəsində istifadəçilər qazandıqları bonusları “Dərhal dəyiş” bölməsində sərfəli kampaniya və endirimlərə dəyişə bilirlər və ya növbəti ödənişləri üçün istifadə edə biləcəkləri Hesab Koinlər qazanırlar.
Hesab.az 2020-ci il ərzində də, sosial və xeyriyyə məqsədli bir çox layihələrdə aktiv şəkildə iştirak etmişdir. Hesab.az-da istifadəçilər tərəfindən adi qaydada edilən ödənişlərə görə GoldenPay həmin ödənişlərin müəyyən faizini Hesab.az-da yaradılan daxıla əlavə etdi. Hesab.az-da yaradılan daxıldakı məbləğ 5 000 AZN-ə çatdı və GoldenPay/Hesab.az olaraq üzərinə 5 000 AZN daha əlavə edərək, Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 AZN ianə etdi. GoldenPay/Hesab.az və İNAYƏ xeyriyyə ictimai birliyinin “Gözünüz arxada qalmasın” aksiyası çərçivəsində xeyriyyə məqsədli əməkdaşlığı baş tutdu. Aksiyası çərçivəsində Bakı, Qəbələ və Daşkəsən şəhərlərində daha 120 ailəyə GoldenPay/Hesab.az və xeyriyyəçi insanların dəstəyi ilə ərzaq sovqatı çatdırıldı.
Eyni zamanda gənclərin inkişafına dəstək olmaq məqsədi ilə, tələbələr üçün onlayn olaraq təşkil olunan təlimlərdə şirkət əməkdaşları Marketinq və İT sahələri üzrə müxtəlif mövzularda çıxış etdilər.
Hesab.az-ın illik planında 2021-ci il ərzində saytın və mobil tətbiqinin təkmilləşdirilməsi, KOB dəstəkləmək məqsədi ilə yeni layihənin təqdim edilməsi, böyük şirkətlərlə, banklarla əməkdaşlıq və ortaq layihələr həyata keçirmək yer almışdır. Eyni zamanda, funksional olaraq yenilənmə və yeni xidmət növlərinin əlavə olunması kimi bir çox yeniliklər də, planlanır.
İstifadəçilərə daha keyfiyyətli və sürətli xidmət göstərmək, hər zaman istifadəçinin maraq və istəklərini nəzərə almaq, ümumilikdə desək, istifadəçi məmnuniyyəti şirkətin əsas məqsədidir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 20 saat sonra
-
22 d. əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
-
35 d. əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 36 d. əvvəl
-
1 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ən çox oxunanlar
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat





















