SOCAR yeni istiqrazlarına geri almaq zəmanəti vermir - FAİZİ DƏ AŞAĞI SALINIB
Xəbər verdiyimiz kimi, 2020-ci ilin 6 ayını 180 milyon manat zərər ilə başa vurmuş, Azərbaycanın ən böyük şirkəti və dövlət qurumu olan SOCAR hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır (cəmi 100 milyon dollarlıq). SOCAR tərəfindən 2016-cı ildə də 100 milyon dollarlıq istiqrazlar buraxılmışdır.
Marja xəbər verir ki, SOCAR İstiqrazlarının ilkin yerləşdirilməsi abunə yazılışı formasında kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi (gəlirliliyi) 4.5% təşkil edir. İstiqrazların əsas məbləğinin ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 5 il təşkil edir. İstiqrazlar üzrə faizlər (kupon) buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir olmaqla 5 il müddətində ödəniləcəkdir.
İstiqrazların tədavül müddəti ərzində, hər kupon ödənişi dövründə, kupon ödənişi gününə istiqraz mülkiyyətçilərinin sahib olduqları istiqrazların nominal dəyərinin 1.125%-i qədərində hesablanmış faiz İstiqraz sahiblərinin bank hesablarına köçürüləcək. Hər bir istiqraz üzrə 11.25 ABŞ dolları olmaqla ümumilikdə, 20 dəfə faiz ödənişi olacaqdır.
SOCAR-ın bundan öncə buraxdığı hər birinin nominal dəyəri 1000 ABŞ Dolları olan 5 illik 100 000 istiqraz üzrə faiz dərəcəsi 5%-dir. Beləliklə, SOCAR 5 illik istiqrazları üzrə faizi 0,5 bənd aşağı salıb.
Diqqəti cəlb edən yeni istiqrazların emitent (SOCAR) tərəfindən geri satın alınmasının nəzərdə tutulmamasıdır. 2016-cı ildə 5 illik istiqrazlar SOCAR-ın geri alma zəmanəti ilə buraxılmışdı və istiqrazı istənilən vaxt pula deyişmək mümkündür və onun qiyməti heç vaxt 1000 ABŞ dollarından aşağı enmir.
Həmçinin oxu
SOCAR maliyyə vəziyyətini açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








