YAŞAT Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb
(®️) Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar. SMS-si göndərdikdən sonra vətəndaşa ödənişin statusu ilə bağlı cavab gəlir.
Uğurlu ödəniş edildikdə - Hörmətli abunəçi, siz “YAŞAT” Fonduna XX AZN uğurla ianə etdiniz. Qələbəni bizə yaşadanları birlikdə Yaşadaq! Digər xidmətlərdən rahatlıqla istifadə etmək üçün zəhmət olmasa balansınızı artırın.
Balansda kifayət qədər məbləğ olmadıqda – Hörmətli abunəçi, balansınızda kifayət qədər məbləğ yoxdur. “YAŞAT” Fonduna ianə etmək üçün balansınızı artırmağınızı xahiş edirik.
Sistemdə təkmilləşdirmə işləri aparıldıqda və ya problem olduqda – Hörmətli abunəçi, sistemdə təkmilləşdirmə isləri aparıldığından “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Daha sonra təkrar yoxlamağınız xahiş olunur.
Düzgün ödəniş məbləği seçilmədikdə - Hörmətli abunəçi, göndərdiyiniz kod yanlışdır. “YAŞAT” Fonduna ianə etmək üçün 1, 3, 5, 10, 20, 50 məbləğlərdən birini seçməklə ödəniş edə bilərsiniz.
Korporativ abunəçi olduqda – Hörmətli abunəçi, siz korporativ müştəri olduğunuzdan “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Fərdi abunə nömrəsindən istifadə etməyiniz tövsiyə olunur.
Bununla yanaşı, “YAŞAT” Fonduna onlayn formatda “ASAN Ödəniş” vasitəsilə dəstək olmaq şəraiti yaradılıb. Bunun üçün vətəndaşlar asanpay.az portalında “Ən populyar ödənişlər” bölməsində ilk sırada olan “YAŞAT” Fondu bölməsini seçməklə ödənişi həyata keçirə bilərlər.
Həmçinin Fonda bank hesabları və ödəmə terminalları vasitəsilə də ianə etmək mümkündür.
Bank rekvizitləri ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: http://vxsida.az/az/annouces/1493
SMS ianə ilə bağlı daha ətraflı məlumat üçün təlimat videosu: https://youtu.be/YN4yCBXMY40
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
- 13 d. əvvəl
-
46 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb














.jpg)







