Xaricdən həkim dəvət etmə halları 3 dəfə azalıb
Son 2 ildə Azərbaycana özəl klinikalar tərəfindən xaricdən həkim dəvət edilməsi halları 3 dəfə azalıb.
Bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
Onun sözlərinə görə, bu azalmanın əsas səbəbi son illərdə xaricdə oxuyaraq geri qayıdan Azərbaycan həkimlərinin sayının artmasıdır: “Digər tərəfdən, əvvəllər klinikalar boşluqdan istifadə edərək kimi gəldi Azərbaycana dəvət edirdilərsə, indi artıq başa düşürlər ki, həkim dəvət etmək üçün müəyyən prosedurlar keçmək lazımdır. Klinika əcnəbi həkimin həmin prosedurlardan biri üzrə tələblərə cavab vermədiyini əvvəlcədən gördükdə onu artıq buraya dəvət etmir”.
E.Əzizov bildirib ki, xaricdə təhsil alan həkimlərin Azərbaycanda tibbi fəaliyyətlə məşğul olması üçün bir sıra şərtlərə əməl edilməlidir:
“Ola bilər ki, həkim əcnəbidir, amma Azərbaycan Tibb Universitetində təhsil alıb. Bu halda onun Azərbaycanda tibbi fəaliyyətlə məşğul olmasında heç bir problem yoxdur. Xaricdə təhsil alan azərbaycanlı həkimlərin Azərbaycanda tibbi fəaliyyətlə məşğul olması üçün isə ilk olaraq, onların diplomlarının ekvivalentliyi Təhsil Nazirliyi tərəfindən müəyyən olunmalıdır. 2-ci mərhələdə isə mütəxəssis SN tərəfindən tibb və əczaçılıq fəaliyyəti ilə məğğul olma üçün icazə - şəhadətnamə almalıdır. Artıq bu sənədlə müəyyən olunur ki, o, burada hansı ixtisas üzrə işləyə bilər".
E.Əzizov bildirib ki, xaricdən dəvət edilərək Azərbaycanda tibbi fəaliyyətlə icazəsiz məşğul olan əcnəbi mütəxəssislərin özlərinə qarşı birbaşa cəza tədbiri nəzərdə tutulmayıb. Amma onu dəvət edən özəl müəssisələr belə hal ilə qanunvericiliyi pozduqlarından onların fəaliyyəti dayandırıla bilər.
E.Əzizov deyib ki, indiyədək sırf bu məsələyə görə özəl klinikaların lisenziyasının ləğv edilməsi halı olmayıb. Amma bununla bağlı onlara xəbərdarlıqlar edilib: “Xarici mütəxəssislərin xidmətlərindən istifadə edən bütün müəssisələrlə vaxtaşırı bu mövzuda görüşlər keçirilir. 2014-2015-ci illərdə bu məsələ ilə bağlı klinikalarla keçirilən görüşlər çox böyük effekt verib”.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
E.Əzizov bildirib ki, bu gün sənədləri qaydasında olan xarici mütəxəssislərin Azərbaycanda ixtisası üzrə işləməsinə icazə verilir və bununla bağlı heç bir problem yaradılmır. Lakin mütəxəssisin ixtisas üzrə sənədi olmadıqda ona imtina cavabı verilir: “Nazirlik çalışır ki, belə mütəxəssislər Azərbaycanda qanuni şəkildə işləsinlər. Amma həmin mütəxəssis burada hər hansı problem yaradıb gedəcəksə, onda onu dəvət edən klinika üçün də problemlər, məhkəmə çəkişmələri yaranır. Ona görə qabaqlayıcı tədbirlər görülür ki, belə hallar olmasın”.
E.Əzizov qeyd edib ki, insanlar özləri də xaricdən dəvət edilən həkimlərin Azərbaycanda öz ixtisasına uyğun işləyib-işləməməsi ilə maraqlanmalıdırlar.
Onun sözlərinə görə, xəstə xarici mütəxəssisin dəvət olunduğu klinikanın qeydiyyat şöbəsindən də, həkimin özündən də xidmət göstərdiyi sahə üzrə icazəsinin olub-olmadığını dəqiqləşdirə, bundan sonra onun xidmətlərindən rahatlıqla istifadə edə bilər.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 43 d. əvvəl
-
-
50 d. əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
1 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
2 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
3 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
3 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
5 saat əvvəl
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Azvak.az-da yeni iş elanları


























