Yeni il ərəfəsində Bank Respublika “20 + 21” kredit kampaniyasına start verir
(®️)Yeni il ərəfəsində hər birimiz müxtəlif planlar qurub, ürəyimizdə arzu tuturuq. İndi ən cəsarətli arzularınızı gerçəkləşdirmək və hədəflərinizə çatmaq daha asan olacaq. Belə ki, 17 dekabrdan etibarən Bank Respublika "20 + 21" adlı nağd kredit kampaniyasına start verir! Kampaniya çərçivəsində bankın müştəriləri yeni il planlarının həyata keçirmək üçün 3 faydalı təklif alacaqlar.
Kampaniya müddətində nağd kredit rəsmiləşdirən müştərilərə 3 aylıq güzəşt müddəti veriləcək və bu müddət ərzində yalnız hesablanmış faizlər ödəniləcək. Başqa sözlə, gələn ilin ilk 3 ayında kredit borcunun əsas hissəsini ödəmək qayğısı müştəriləri narahat etməyəcək.
Bununla yanaşı, bank bütün nağd kreditlər üzrə komissiyada 20% endirim edir ki, bu güzəşt Bank Respublika-da kredit üçün müraciət etməyi daha sərfəli edəcək.
Yeni il kampaniyası çərçivəsində üçüncü təklif isə, 3 aylıq güzəşt dövrü ərzində ödənilən faizlərin ümumi məbləğinin 21% -i həcmində keşbək şəklində geri qaytarılmasıdır. Bank Respublika-da nağd kredit üçün müraciət etməyin üstünlüklərindən biri də illik 15%-dən başlayan sərfəli faiz dərəcəsidir.
“20 + 21” Yeni il təklifindən bankın rəsmi veb saytı, Facebook səhifəsi, habelə WhatsApp-da Chat-Bot xidməti üzərindən 051 4 144 144 nömrəsinə “Kredit” sözünü göndərməklə onlayn yararlana bilərsiniz.
Kampaniya 17 dekabr 2020 - 15 yanvar 2021-ci il tarixinədək davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
-
5 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
11 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
56 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər







.jpg)


















.jpg)