“Bir regionda eyni zavodlar açılıb, bir-birnə mane olmamalıdır”
“Regionlarda müəssisələr yaranarkən elə etmək lazımdır ki, onlar bir-birlərinə mane olmasınlar və sərmayələr boşuna zay olmasın”.
“Marja” xəbər verir ki, bunu “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal deyib.
“Hökumət sahibkarları yönləndirə, onlara daha sərfəli regionları və sahələri məsləhət görə bilər. Məsələn, deyə bilər ki, gəl balıqçılıq ilə məşğul ol. Əgər sahibkar fərasətlidirsə, o hər şeydən pul qazanar, hətta üzr istəyirəm, zibildən də milyonlar qazanmaq olar –“Azərsun” tullantılardan kağız buraxdığı kimi. Ona görə də yetər ki, hökumət bu məsələlərdə yönləndirici olmalıdır ki, eyni kənddə eyni zavodlar açılıb bir-birlərinə mane olmasınlar. Yoxsa, ikisi də, işsiz qalacaqlar”.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Abdolbari Goozal qeyd edib ki, hökumətin dəstəyi bu anda tam yetərli deyil: “Yəni daha çox dəstək verilə bilər, bəzi ölkələrdə bu dəstək daha çoxdur”.
“AZƏRSUN”DA DA VARLI ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR VAR”
Abdolbari Goozal qeyd edib ki, “Azərsun” Azərbaycanın ən iri maliyyə-sənaye qrupu deyil:
“Mən “Azərsu”u ölkənin ən böyük maliyyə-sənaye qrupu adlandırmazdım. Ölkədə “Azərsun”dan da böyük və varlı şirkətlər və şəxslər var. “Azərsun” mənəvi cəhətdən ən böyükdür”.
“GÜCÜMÜZ ÇATAN İŞLƏRƏ BAŞLAYIRIQ”
Holdinqin rəhbəri qeyd edib ki, “Azərsun” bütün işlərlə məşğul olmaq istəmir:
“Azərsun”un müəyyən bir həddi, gücü var. Kontrolsuz güc, artıq güc deyil. Çox işlər götürə bilərik, amma öhdəsindən gələ bilmirsinizsə, bu düzgün deyil. Ona görə də biz ancaq gücümüz çatan işlərə başlayırıq. Biz “Azərsun” olaraq qida sektoruna fokuslanmağı planlaşdırırıq. Qida sektorundan o qədər də uzaqlaşmaq istəmirik”.
“MEYDAN BOŞDUR, BAZARDA HAMIYA YER ÇATAR”
İş adamı “Azərsun”un indiyədək təmsil olunduğu sahələrdə yeni rəqiblərin əmələ gəldiyi barədə suala “biz rəqabətə hazırıq” cavabını verərək belə davam edib:
“Amma mən buna rəqabət deməzdim. Baxın, qarşımızda bir Azərbaycan bazarı, bir də xarici bazar var. Biz Azərbaycanın bütün torpaqlarını da əksək, xaricdə yenə böyük bir “piroqun” kiçik bir hissəsini əldə edə bilərik. Ətrafımızda 1 milyard insan var, ərəblərdən tutmuş Sibirədək. Bütün Azərbaycan torpaqları da əkilsə, bu bazarın bəlkə 5 faizini tuta bilərik. Yəni meydan boşdur və bazarda hamıya yer çatar. Yetər ki, bir-birlərinə mane olmasınlar və xarici bazarları nəzərə alsınlar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)
