Dövlət Neft Fondunun Fransaya investisiya yatırması imkanları araşdırılır
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Fransaya investisiya yatırması imkanları nəzərdən keçirilir.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bununla bağlı müzakirələr aprelin 27-də Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun Fransa Respublikası Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.
Ş.Mövsümov qonaqlara ARDNF-in fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər və bu məqsədlə Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya tərəfindən görüləcək işlər, ölkədə mövcud iqtisadi islahatlar, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar, dövlətimizin başçısı tərəfindən təsdiqlənmiş “Strateji Yol Xəritələri” barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
22 d. əvvəl
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
bp-yə yeni baş icraçı direktor təyin edildi
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib













.jpg)







.jpg)


