ABŞ-da Biden seçkini qazansa neft qiymətləri....
Bu gün Brent nefti 4% də ucuzlaşaraq barelinin qiyməti 36,45 dollara düşüb. ABŞ xam neftinin qiyməti isə 5%-ə yaxın düşüərək 34,12 dollara geriləyib.
Marja xəbər verir ki, neft qiymətləri, Avropada sərtləşən karantin tədbirləri və Liviyanın neft istehsalını mərhələli olaraq artırması ilə əlaqədar olaraq son beş ayın ən aşağı səviyyələrinə enib.
Noyabrın 3-də ABŞ-da keçiriləcək Prezident seçkilərinin nəticəsinin neft qiymətlərinə ciddi təsiri olacağı nəzərdə tutulur.
Analitiklər qeyd edirlər ki, Demokratların namizədi Joe Biden-in seçkiləri qazanması vəziyyətində neft qiymətləri daha çox maliyyə təşviqi paketinin həyata keçiriləcəyi gözləntisi ilə yüksələ bilər.
Sorğularda öndə gedən Biden, virusla mübarizə üçün işsizlik yardımlarını artırmaq, infrastruktur və yaşıl enerji kimi layihələrə sərmayə qoymaq üçün dövlət xərclərini artırmaq sözü vermişdir. Bu sərmayələr, zənginlər və şirkətlərə tətbiq ediləcək yüksək vergilər və alınacaq borc ilə qarşılanacaqdır.
"Vandana Insights"ın qurucusu Vandana Hari bildirib:
"ABŞ-da Prezident seçkiləri, Böyük Britaniya və Avropa Birliyindəki karantin tədbirləri, Liviyanın istehsalını artırması ilə neft bazarları cadugər qazanına dönmüş vəziyyətdədir. Seçkilərin qiymətlərdə necə əks olunduğunu söyləmək bir az çətindir. Bidenin qazandığı təqdirdə İran neft istehsalının yenidən başladığını da görə bilərik ya da qeyri-müəyyən seçki nəticələri və xaos da görə bilərik".
Amerikalılar Çərşənbə axşamı günü (3 noyabrda) Prezident Donald Trump və Demokratların namizədi Joe Bideni arasında qərar verəcəklər. Sorğularda 51,7% ilə Biden öndədir. Tramp isə sorğu iştirakçılarının 41,9%-nin səsini yığa bilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 50 d. əvvəl
-
52 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)






.jpg)







