"CFA Level I" imtahanına hazırlaşanların nəzərinə!
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi "CFA Level I" imtahanı üzrə hazırlıq kursuna START verir!
Hazırlıq kursu 2017-ci ilin iyun ayından dekabr ayınadək davam edəcək.
Kursun başlama tarixi: 03 iyun 2017-ci il
Dərs günləri: Çərşənbə axşamı və şənbə günləri
Vaxt: 1) Çərşənbə axşamı: 19:00 – 21:00
2) Şənbə günü: 10:00 – 13:00
CFA (The Chartered Financial Analyst) – Sertifikatlaşdırılmış Maliyyə Analitiki CFA institutu tərəfindən təklif olunan peşəkar dərəcədir. CFA proqramı investorlar və maliyyə peşəkarlarına CFA İnstitutu tərəfindən təklif edilən peşə mandatıdır. Bu investisiyanın idarə edilməsi, maliyyə analizi, portfelin idarə edilməsi, səhmlər, istiqrazlar və törəmə alətləri ilə əlaqəli mövzuların geniş silsiləsini və maliyyənin digər sahələrinə dair ümumi bilikləri əhatə edir. CFA dərəcəsinə layiq görüldükdən sonra namizədlər üçün maliyyə meneceri, risk meneceri, portfel meneceri, tədqiqatçı, məsləhətçi , treyder, büdcənin planlaşdırılması, iqtisadçı, analitik və. s. kimi bir çox karyera imkanları mövcuddur.
CFA Proqramı haqqında ətraflı məlumat əldə etmək üçün növbəti səhifəyə daxil ola bilərsiniz http://www.cfainstitute.org/
CFA-1 imtahanı nə qədər çətin olsa da, maliyyə sahəsi üçün vacib akkreditasiyadır. Namizədlərin keçid sayının 50 % -dən aşağı olması, imtahandan uğurla keçmək üçün düzgün və vaxtında hazırlıq tələb edir. Odur ki, CFA imtahanına öncədən hazırlığa başlayın və təcrübəmizdən irəli gələn yeni metodikamızdan faydalanın. Təlim ardıcıl tədris, vaxta qənaət, sorğu-sual prosesi, digər namizədlərlə birgə hazırlaşmaq imkanı kimi üstünlükləri özündə birləşdirir.
Təlimçilər:
1) Emil Məmmədsadıxov - CFA Charterholder http://cmtc.gov.az/az/telimciler/4
2) Elnur Babayev - CFA Charterholder http://cmtc.gov.az/az/telimciler/11
3) Hikmət Sultanov - CFA Charterholder http://www.fmtc.az/az/telimciler/12
4) Cəlal Baxışov - CFA lll namizədi http://cmtc.gov.az/az/telimciler/33
5) Leyli Cabbarlı - CFA Charterholder http://cmtc.gov.az/az/telimciler/38
Hər bir təlimçi "CFA Level I" hazırlıq kursunun müxtəlif hissələrini tədris edəcək.
Dərslər 6 ay çərçivəsində həftədə 2 dəfə keçiriləcəkdir. Hər dərsin müddəti 2 - 3 saat olmaqla, birinci saatın sonunda 15 dəqiqəlik fasilə ilə nəzərdə tutulub. İlk 5 ay təlim materiallarının təqdim edilməsi, sonuncu ay isə təkrar və imtahana hazırlıq müddəti kimi nəzərdə tutulub. İştirakçılar təlim materialları ilə mərkəz tərəfindən təmin olunacaqdır.
Dərslər Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində keçiriləcəkdir. Dərslərin keyfiyyətinə Mərkəzimiz zəmanət verir! Təlim proqramımızı müvəffəqiyyətlə tamamlayan tələbələr CFA imtahanından hazır və sərbəst şəkildə keçəcəklər.
Tədris dili: İngilis
Kursun qiyməti: 260 AZN (aylıq) (dərs vəsaitləri, kofe-breyklər daxil)
Kursun ümumi qiyməti: 1690 AZN
* Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür.
* Sayı birdən çox olan eyni şirkət nümayəndələrinə korporativ endirimlər edilir.
CFA Proqramına qatılmaq və ilk imtahana qeydiyyatdan keçmək üçün namizədlərdən aşağıdakılardan biri tələb olunur:
- Bakalavr və ya ekvivalent dərəcəyə sahib olmaq,
- Qeydiyyat zamanı bakalavrın sonuncu kursunda oxumaq.
"CFA Level I" imtahanı üzrə hazırlıq kursu haqqında ətraflı məlumat əldə etmək və həmçinin onlayn qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://cmtc.gov.az/az/cfa-1-imtahanina-hazirliq-kursu
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
(994 12) 498 16 77
(994 70) 272 99 79
Qeydiyyatdan keçməyə tələsin!
Yerlər məhduddur!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
5 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
5 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















